Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
67 страница из 127
Xalsı Nicatın səsi gələn tərəfə baxdı, – xalasına: mən Aylını tanıdığım gündən ona inanmışam, güvənmişəm. Aylının vardır bir bildiyi Nazlını bura gətirməyində, məsəl var səbəbsiz yerə barmaq kəsilməz. Aylın yaxşı bilir sənin Nazlıdan incidiyini və gəlməsini istəmədiyini, Aylın bir səbəbi olmadan sənin qarşına Nazlını gətirməz. Öncə dinlə xala, sonra istədiyini deyərsən qovarsan Nazlını, həyat çox qəribədir canım xalam mənim. Xalası şüphələndi Nicatın dediyi sözlərdən. Aylın məndən bu günə kimi bir sirr saxlamadı oğlum, həyatın qəribəliyi bundadır ki, doğma qızım məni atdı getdi, mənim kor olmamdan utanc duydu və sakitcə sevdiyinə qovuşdu. Baxsana mən Aylını dünyaya gətirmədim, onun beşiyini sallamadım, ona lay – lay demədim, başında dayanıb yuxuz gecələrdə keşiyini çəkmədim. Mənim qızım mənə uzaq oldu, əvəzində əziyyətini çəkmədiyim, böyütmədiyim, yad bir qız doğmam oldu. Nicatın ürəyi sızlayırdı xalası belə dedikcə. Qapının açılan səsinə Nicat – Sərdara: aslanım anan gəldi, xalası kefsiz dayandı, Nazlınında onunla gələçəyini bildiyində. Nicat xalasına baxaraq dərindən nəfəs alıb, getdi qucağında uşaqla qarşılamağa. Xalası əliylə alnını tutub dayandı sakit.