Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
29 страница из 81
Həyat imtahanı məktəb imtahanına bənzəməz, çox çətindir keçilməsi bilirəm. Ancaq bütün gücünü toplayıb inamla ayaqda qalmağı bacaracaqsan, bu dediklərimi bir böyüyün kimi məni dinləyərək qulağında sırğa edərsənsə, inan bir gün mütləq çatacaqsan haqq olana. Bax bizi nələrlə həyat sınaga çəkir, zalımla – zalım ol, tək bir özünə qarşı zalim olma bu həyatda. Əks halda mənim kimi yıxılarsan, ümidlərin qarışıq məhv olarsan. Nə olar ümidlərini puça vermə sinə gəl qarşındakı hər pisliklərə, o ananın dediyi adının mənası olan parlaqlıqlığı – işığı gözlərində gərçəkdən görürəm mən sənin. Heç vaxtdı bacarmaram demə, ananda demədi bu sözü sağlığında.
Aylın yaşlı gözlərini silib – Məliyə: sən bacararsanmı sinə gəlməyə yerimdə olsan? ama sözlə demək çətin deyil, elə deyilmi? ürəyimizin yerindəki daş olsaydı bəlkə bacarardıq. Kişi oğlunun məzarına baxıb – Aylına: evlad dərdi başqa dərtlərə bınzəmir qızım, onun yanğısı tam başqadır inan mənə. Xanımımla bir olduğumda güclüydüm, azda olsa o mənə həyatda qalmağıma güc verirdi. Oda məni tərk etdikdən sonra, qalan gücümüdə – ümüdümüdə aldı əlimdən apardı özüylə. Yəni təslim oldum yıxıldım məhv oldum mən. Sən cavansan – güclüsən, nə qədər göz yaşı axıtsanda, mən o göz yaşlarının içindən sənin gözlərində olan cəsarətli – mərdliklərini tam aydın görürəm. Sənin görəcəyin yaxşı – pis günlərin qarşıdadır, sən o günlərinə doğru addımlayacaqsan başını dik tutaraq qürurla. Bu dediklərimi etmiş olsan, bil ki mənimdə günahsız cavan həyatından getmiş oğlumun ruhunu şad etmiş olacaqsan. Mənim edə bacarmadığımı sən edərək, onunda nahaq tökülmüş qanını yerdə qoymayacaqsan. Aylın anlamadı niyə kişi özünə belə deyirdi? kimdən almalı idi onun oğlunun nahaq tökülmüş qanını? fikirləri qarışdı. Aylın anlamadı, başıyla yox deyə işarə edib – kişiyə: sən mənim gözlərimin içindəki parlaqlıqlığı görə bilərsən Məlik dayı. Ancaq icimdən xəbərin yoxdur, çoxdan param – parcadır ürəyim. Nahaqdan vurulmuş yaraların qanı içimə axır acıtır, – Aylına: qızım sənin anan güclü bir qadın idi. Bəlkədə bunu sən mənim qədər bilməssən, yazığın həyatında tək arzusu yetim uşaqlara yardım etmək idi. Hər zaman haq olanları önə yürüdərək, çarəsiz yavruları hər tərəfli qorumağa çalışmaqdı, yaşadığı sürəcə kimsəsiz uşaqlar evlərinə yardım edirdi. Yuxarılarda oturanlardan belə evlərə pul ayırsınlar deyə tələbləri olurdu. Lazım olan dəstəkləri tələb edərək, uşaqların dışarda qalıb diləndirilmələrinin əleyhinə idi. Həmişə məmurlarla dava edərdi ki vaxtında yardım ayırılmır, bəzi dırnaq arası bi qeyrət vijdansızlar, belə halları görə – bilə göz yumurdular. Sözü gücünə çox uşaqların həyatlarını qurtara bilmişdi. Mərd insanlardı sənin valideyinlərin, və səndə oların yolunu davam edəcəksən, oların bitirə bilmədiyi işlərinə nöqtə qoyacaqsan mən inanıram sənə. Anan sonuncu dəfə bura gəldiyində mənə dedi ki, az qalıb arzusuna yetişməsiçün, bu dəfə özüdə borc alıb yardım edəcəkdi yeni açılaçaq uşaq evinə. Ancaq onun dediyi az qalıb sözündə başqa bir şeydə vardı hiss etmişdim, soruşmağa imkan vermədi dediyin o evdəki tək başlı əjdaha. Bilmirəm yazığı sıxan nə idi elə çox, o uşaqlar haqda danışdığında göz yaşlarına hakim ola bilmirdi, hər dəfə ağlayırdı. Məlik gözlərini oğlunun məzarına dikib fikirə dalaraq – Aylına: bilirəm dünyamız haqsızlıqlarla doludur, ancaq onu sıxan tam başqa bir şey vardı, mən buna iki gözüm kimi əminəm. Aylın – Məliyə: nə idi, demədimi sizə? Məlik əlini üzünə çəkib gözlərini bir nöqtəyə zilləyib baxdı, – Aylına: yox demədi qızım, bəlkədə deyərdi imkan tapmadı. Hər dəfə o haqda söruşduqda tam deyəcəkdi dərdini, ancaq sözü ağzında yarımcıq qaldı, o anda xanım peyda oldu imkan vermədi. Aylına çox maraqlı gəlmişdi, nə idi anasının araşdırdığı və ya gizlin bildiyi sirri? bunu öyrənməsi artıq bəlkədə qeyri mümkün idi. Məlik – Aylına: biz bu dünyada müvəqqəti qonağıq qızım, geci – tezi bir gün sevdiklərimizə bizdə qovuşacağıq, artıq yazan – yazmış qismətimizi belə acılı – üzücü. Ancaq bütün bu dediklərimi onların ruhlarının xətrinə sən edəcəksən, elə deyilmi qızım? Aylın Məliyə baxdı şüphəli baxışlarla, sanki kişi bilirdi anasının sirrini demirdi özünə. Aylın yavaş səslə öz – özünə: qələmi qırılsın belə qismət yazanın. Məlik Aylının dediyini eşitdi – Aylına: qarğış etməyək qızım, Allaha ağır gedər. Aylın – Məliyə: sənin günahın nə idi bu qədər çəkdirdi sənə? mənim günahım nə idi bütün sevdiklərimi aldı əlimdən. Belə haqsız yazı olarmı sən de, bir insana bu qədəri yazılarmı – çəkdirilırmi? İman – insaf yoxmuş bunu yazanda. Məlik yaxınlaşdı – Aylına: məndə razı deyiləm bütün bu haqsızlıqlarla, dərindən nəfəsini alaraq yuxarı göy üzünə baxıb, vardır bidiyi Allahımın ona qarşı heç bir söz deməyə haqqım yoxdur. Gedək qızım, mən artıq inanıram bəzlərinə qarşı olan nifrətinlə irəli addımlayacaqsan. Aylın Məlikdən şüphələnməyə başladı, sanki bunları deyərək içində bilmədiyi şeylərə qarşı addımlamasını istəyirdi. Məlik Aylının qolundan tutub, çox qaldıq gecikməyək gedək, əks halda xanım oyandıqda qatacaq hər şeyi bir – birinə. Aylın Məliklə yanaşı gedə – gedə ona şüphəli baxışlarla baxırdı, tam əmindi vardı kişinin bildikləri, çox üstü örtü sözlər deyirdi anlamaq çətin idi.