Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
30 страница из 81
Kamil evə gəlib duş alıb sacıni qurulaya – qurulaya gəlib divanda əyləşdi, anası gəldi – Kamilə: sabahın xeyir oğlum, – anasına: sabahın xeyir ana, anası mətbəxtdə getdi. Atasıda gəlib Kamilin yanında əyləşib sabahın xeyir oğlum, – atasına: sabahın xeyir ata, sən artıq unutmusan səhər idmanında mənimlə qaçmırsan, nə oldu sənə belə Nadir bəy? atasıyla zarafat etdi. Atası – oğluna: oğlum aramızda qalsın mən artıq yaşlaşmışam, arvadının səsi eşidildi mətbəxtdən – ərinə: axır ki boynuna aldın əzizim artıq yaşlandıgını. Kamil gülümsədi, atasının bu vəziyyətdən necə çıxacağını və anasına nə cavab deyəcəyini gözlədi. Əri – arvadına: yox – yox canım biz oğlumla başqa şey haqda danışırdıq səhv duydun, nə yaşlanmağıdır? arvadı əlində çay dolu sinini gətirib masaya qoyub gülümsədi. Hə canım mən yaşlaşdım o zaman qulaqlarım səhv eşitməyə başlayır. Kamil özünə gülür deyə atası qoluyla dümsəklədi ki gülmə halıma, Nərgizdə gəlib hər kəsin sabahı xeyir olsun. Anası – atası, – qzına: sabahın xeyir qızım, Nərgiz qardaşının yanında əyıəşib – Kamilə: bu gün məni gəzməyə aparacaqsanmı qardaşım? Kamil bacısına təcüblə baxıdı. İmtahanlarını verdikdən sonra aparacam demədimmi, indi hardan çıxdı gəzmək? bacısı kefsiz oldu. Anası – oğluna: Aylınıda dəvət et oğlum gedin gəzin birlikdə, özün dedin qız çox üzgündür, biraz ürəyi açılar fikri dağılar yazığında. Yaxından tanış olarsıznız söhbət edərsiniz, bacınlada tanış olar çəkinməz buralar ona yad bir yerdir. Nərgiz anasının uzatdıgı çayı göturub, Aylın kimdir ana? qardaşımın sevgilisidirmi. Kimdir mən niyə tanımıram? Kamil bacısının qoluna vurdu ki sus deyə, bacısı ofuldayıb – qardaşına: nə dedim ki? niyə vurursan. Anası – qızına: axşam danışmışdıq qızım unutdunmu? Ramizin başqa şəhərdən yeni gəlmiş bibisi qızıdır Aylın. Nərgiz xatırladı, ayy çox yazığım gəldi mənimdə. Adı Aylındı eləmi? – qardaşına: aparacaqsanmı qardaşım Aylınla bizi gəzməyə? Kamil öz – özünə fikirləşdi, dünəndən onu görməyə istəsədə qalmışdı nə bəhanə ilə gedib yaxından tanış olmalıydı? artıq bir ümid yeri oldu getməkçün. Ancaq o andada xatırladı dünən Aylına arvadın dediklərini, tezdə kefi qaçdı üzünün ifadəsi dəyişdi. Anası – oğluna: nə oldu oğlum fikrimi bəyənmədinmi? Kamil dərindən nəfəs alıb – anasına: Allah bilir qıza nə gün yaşadır Sənubər xanım, heç inanmıram belə tez icazə verər şəhərə çıxmağa ona. Atası – oğluna: sən get maraqlan oğlum qızın yanında olun yazıqdır, mən o qızı görmədim, ancaq sən danışdıqdan sonra hələdə ürəyim göynəyir. Yetim qalması bəs deyilmiş kimi, dayısı arvadıda gün verməyəcək ona. Belə sayqısızlıqmı olar? insaf yoxmu o qadında? bizimlədə tanış et mütləq o qızı, tamammı? anası əyləşdi sinidə qalan çayları uzatdı oğluna – ərinə. Dərindən nəfəs alıb – olara: inşallah yaxşı olar hər şey, bizdə yanında dəstək olarıq qıza. Artıq üzülmə mənim yaraşıqlı oğlum, hər şey yaxşı olacaq Allahımın yardımı ilə. Kamil çayıni icərək üzgün baxışlarla baxaraq, – anasına: inşallah ana inşallah, ümid edirəm olar yəqin ki, Nərgiz sevindi uşaq kimi, urrraa qardaşımın sevgilisiylə gəzməyə gedəcəyik. Kamil bacısına tərs – tərs baxıb başını narazılıqla sirkələdi. Nərgiz çayını içib anasına baxdı gülümsəyərək, anası işarə etdi ki qardaşını incitmə.