Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
33 страница из 81
Her kəs oyanıb masa arxasında səhər yeməyini yeyirdilər. Aylının hələ yatdığını düşünüb oyatmaq istəməmişdilər, axaşam olanlardan sonra heç kimin kefi yerində deyildi. Ramizin telofonuna zəng gəldi, telefonunu çıxarıb baxdığında atası tərs – tərs baxdı ki, heç yerə getməyəcəksən qızı bu ilanla tək qoyub anlamında. Ramiz – atasına: Kamildir, alo Kamil eşidirəm. Biraz qulaq asıb evdəyəm gəl, yox gedəcək yerim yoxdur, getsəmdə bibim qızıyla çıxacam şəhərə gəzməyə evdə sıxılmasın çox, anasına baxdı tərs – tərs, axşam etdiklərindən hələ əsəbiydi ona qarşı. Atası oğlunun sözlərindən razı qaldı, Ramiz – Kamilə: tamam gəl gözləyirəm hələlik, telefonu söndürub masanın üstə qoydu. Anası oğlunu əsəblə süzdü, oğlunun Aylının tərəfində olmasından razı deyildi heç, sançmağa imkan axtarırdı ikisinidə. Atası – Ramizə: mənim işlərim çoxdur bu aralar, evə sən göz – qulaq olacaqsan anladınmı? Aylina telefon ver telefonsuzdur qız. Özüylə tez – tez əlaqə saxlaya bilim ki canını sıxan olmasın, nömrəsinidə mənə mesajla atarsan, telefonlarımada cavab ver eşitdinmi? Ramiz – atasına: tamam verəcəm söz. Aylının dışardan gəldiyini görüb dayısı təcüblə baxdı, hardaydın qızım? Ramizdə dönüb baxdı Aylına. Dayısı – Aylına: biz sən yatırsan deyə düşünmüşdük oyatmaq istəmədik. Aylın nəsə demək istəyirdi arvad başladı dirildamağa, – olara: sizin hələ haranızdır? bugün bacın qızını yatmış bilirsən, ama səhər tezdən dışardan gəlir evə. Sabahda gecə yarısı gələcək, indidən deyim heç şaşaırmasın dayısı. Sənində – mənimdə başımızı aşağı edəcək xəbərin olsun, görəcək günlərin qabaqdadır Həsən bəy. Əri acıqlandı arvadına bir sus qadın, susmağıda öyrən dırıldamağa öyrəndiyin kimi, dilinə yiyəlik et bəsdi əsəbimi oynatma səhər – səhər, bəsdir dedim sənə. Aylın dayısının yemək üstə əsəbləşdiyinə görə xəcalət çəkdi. Arvad susmadı Aylın tərəf dönüb, hansı cəhənnəmdəydin xanım əfəndi bilmək olarmı? nə durmusan gözlərini günahsız quzu kimi zilləyib üzümə. Cavab ver hardaydın tanımadığın – bilmədiyin yerdə səhər tezdən nə gəzirsən? bura bax məni yaxşı dinlə, mən başqasını bilmərəm maraqlıda deyil heç, mənim evimin rahatlığını pozmana imkan vermərəm qulaqlarından sırğa et bu sözümü. Ramiz əsəbləşdi – anasına: bəsdi bir sus imkan ver qıza danışsın, anası – Ramizə: mənə bax səndə əsəblərimlə oynama haa, sənidə elə bir susduraram ki, özünü unudarsan. Sən dünən gələn yetimin qabağında mənimi susdurursan?