Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
31 страница из 81
Yol gələrkən Aylın – Məliyə: Məlik dayı mən mağazaya gedib gəlirəm, varmı istədiyin bir şey? – Aylına: yox qızım sağol. get al lazım olanı mən burda gözləyirəm səni. Aylın – Məliyə: mən tez qayıdıram, getdi yaxındakı magazaya. Biraz vaxtdan qayıtdı əlində yeyəcək bir şeylərlə, gedək Məlik dayı aldım, Məlik Aylının özünə yemek aldığını görüb pərt oldu. Məlik – Aylına: qızım sən yeməkmi aldın özünə? Aylın əlindəki su şüşəsni kişiyə uzatdı. Məlik – Aylına: yox sagol içmirəm mən qazlı suları, sən niyə yemək aldın ki qızım? yoxsa gəldiyindən bir şey yemədinmi? birdən kişinin üzünün ifadəsi dəyişdi öz – özünə: Allah məni öldürsün necə anlamadım bunu. Hələ bir soruşuram əlbətddə ki yemədin, off qızım off, Aylın şüşəni açıb biraz su içdi, – kişiyə: narahat olma Məlik dayı elə demə inciyərəm, sənin günahın yoxdur. Mən uşaq deyiləm mənidə yedirdərsən, Ramiz yetdik yük olur sənə içib gəldiyində başından ayrılmırsan, kişi başını narazılıqla sirkələdi. Gəldiyindən xanım səni acıladı, sonrada başım Ramizə qarışdı unutdum sənə göz – qulaq olmağı, sən gəldiyindən heçnə yeməmisən deməli, xəçalət oldu kişiyə, axx qızım axx. Aylın kişini sakitləşdirməyə çalışdI, hər şey yaxşıdı Məlik dayı üzülmə sən. Mənim o evdə boğazımdan heçnə keçməz qüsura baxama, versəndə yeyə bilmərəm. Gecə səhərimi zor açdım, heçdə rahat olmaz onunla bir masada yemək yemək, yeməkdə bir kənara qalsın, o əjdahayla üz – üzə oturmağımızı belə axlıma sığışdıra bilmirəm. Məlik – Aylına: indicə evə çatan kimi mənimlə yemək yeyəcəksən başqa söz eşitmək istəmirəm qızım, anladınmı? məni üzməyəcəksən. Mənimlə keçər boğazından yemək, elə deyilmi? mən öz qaldığım həyət evində yeyirəm yeməyimi. Dayın bunu bilsə yaxşı olmayacaq, Aylın yavaş səslə – kişiyə: elə edərik dayım bilməz, o zaman mən səninlə yeyərəm Məlik dayı, gülümsədi.