Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
36 страница из 81
Arvad gəldi sifətindən zəhrimar yağırdı, kobutca əmir etdi – Aylına: çıx yuxarı evin təmizlik işləriylə məşğul ol, sonra mətbəxtdə qabları yuyacaqsan. Narahat olma tapşırmışam xadiməyə axşamdan qabları yumağa qoymamışam, başın işə qarışsın ki, boş yerə çənə döyməyə vaxtın az qalsın. Aylın ayağa qalxdı, – arvada: anladım dediyin işlərlə məşğul olacam, getmək istəyirdi Ramiz ayağa qalxıb Aylının qolundan tutub saxladı. Heç yerə getməyəcəksən, anladınmı məni? bu vaxtdı Kamildə gəldi. Dayanıb baxdı nələr olurdu yenədə? Ramiz – anasına: o bura nökər gəlməyib bu bir, ikinci yetdik evdə çalışan işçilərin var bunu axşam atamda dedi sənə. Bir daha məndə deyim unutma, üçüncü o artıq bu evin üzvüdür – xanımıdır, qəbul et ki sənində xətrinə dəyməyək ana. Anası Ramizə elə bağırdı kəs səsini yerini bil, məni bu yetimin qabağında alçaltmağa kim ixtiyar verdi sənə? mən sənin ananam unutdunmu? halal etmərəm sənə etdiklərimi. Ramiz acıqlandı – anasına: ötən axşamdan utanıram sənin kimi anam olduğundan, bilirsənmi niyə? düşünürəm səndə gərçəkdən iman – insaf yoxmu? ürəyinin əvəzinə daşmı gəzdirisən içində? bəsdir əl çək qızı rahat burax. Aylın acıqlandı, – Ramizə: bu nə sözdür anana deyirsən? o sənin anandır danışma onula mənə görə belə, qolunu dartdı Ramizin əlindən. Xalam sayılır məni stəməsədə, bir daha səndən anana qarşı belə söz eşitməyim. Aylın istəmirdi Ramiz anasıyla özünə görə pis düşsün, Ramizin ürəyi göynəyirdi. Anladı Aylının fikrini nəyçün elə deyirdi, anlayırdı ki qanacağı olan hər insan bu durumda Aylının kimi düşünərdi. Ancaq təssüf ki qarşısındakı anası bunu anlamırdı, yada anlayırdı anlamaq istəmirdi. Aylının dediyi sözdən incimədi Ramiz. Arvad Aylına yaxınlaşdı əsəblə quduz it kimi, o qədər yaxın gəldi ki, burnunun ucuna dirənib əsəbindən öküz kimi fisqıra – fısqıra nəfəs alırdı. Mənə bax döşəmə dəsmalı, mən sənin xalan filan deyiləm, bir daha bu sözü dilinə gətirmə ki dilini kəsməyim, anladınmı? Aylın arvadın murdar niyyətli gözlərinin içinə birinci idi ki belə yaxından baxirdi. Kamil yerində heykəl olub qalmışdı duyduqlarından dəhşətə gəlmişdi, “ düşünürdü bir insanın gözündə günahsız qıza qarşı nə qədər haqsız nifrət dolu baxışları olarmış? arvada baxdıqca nə qədar qəddar olduğunu anlayırdı, və nifrət etməyə başlayırdı». Aylın yavaş səslə – arvada: mən sizə nə pislik etdim? xala deməyimi belə istəmirsiniz. Hətta məni birinci görürsünüz, bəlkədə xatırlamıram sizi gördüyümü bu günə qədər. Hardandır sizin ürəyinizdə mənə qarşı bu qədər nifrət – kin? varmı etdiyim bir pisliyim sizə. Arvad bağırdı – Aylına: mənə xala demə, şükür mənim qan dogmalarım var, olarçün xalayam anladınmı? sənin sözünə qalmadım. Haranın qanıda bizə çatmayan yetiminə xala olmağa ehtiyacımda yoxdur.