Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 38

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

38 страница из 81


Günorta olmuşdu dayısı iş yerində idi, qolundakı saatına baxaraq telefonuna baxdıb yoxladı ki Ramiz mesaj atıbmı. Ramızdən yeni nömrə haqda mesal gəlməmişdi öz – özünə deyindi, bu evlad nə vaxt mənim dediyimi edəcək axı? əsəbləşib Ramizə zəng etdi, yazıq evdə olanlardan xəbərsiz idi.


Ramiz Aylını öz otağına gətirmişdi, Kamildə qıraqda oturub baxırdı üzgün – peşman Aylının yazıq olmuş halına. Ramiz mehribanlıqla saçlarını sığallaya – sıgallaya sakitdəşdirməyə çalışırdı. Aylın sinəsinə başını qoyub yuxuya getmişdi yozğunluğundan – üzüntüsündən. Ramizin telefonuna zəng gəldi, cəld Aylın oyanmasın deyə telefonuna baxdı. Atasının olduğunu görüb, of ata bilmirsən olanları nə olardı indi aramasan? alo ata deməyi ilə atasının bagıramagı bir oldu. Ramiz telefonu qulagından kənara tutub dayandi sakit, atasının danlayışlı sözləri eşidilirdi kənardan, – Ramizə: sən nə vaxt adam olacaqsan? kimə oxşadın belə etibarsız. Hardasan günorta olmuş, nə dedim sənə? Ramiz agzını büzərək baxdı Kamilə. Atasının səsi gəldi – Ramizə: ordasanmı? telefonu qulağına yaxınlaşdırda cavab ver mənə. Ramiz telefonu qulağına tutub yavaş səslə hə ata burdayam. Aylın yatır nə olar yavaş ol haqsız yerdə məni danlama, atası narahat oldu duyduğunda yatır dediyində. Atası – Ramizə: niyə yatır? nəyi var qızın? yoxsa yenə ananmı incitdi qızı? Ramiz demədi hə deyə. Atasının xəstə ürəyindən qorxurdu! – atasına: yox ata bir dinlə, nə olar imkan ver deyim sözümü. Gəzməyə çıxdıq Kamildə bizimlə idi, Aylın yoruldu, gəlib söhbət etdiyimiz yerdə baxıram yuxulamış. Dediyin telefon işini həll etdim, axşam gəldiyində verəcəm nömrəni narahat olma. İndi Aylının otagıyla maraqlanmalıyam bəzi şeylər xoşuma gəlmir, çatışmayan əşyaları qoydurub yenilik etmək istəyirəm Aylın oyanınca. Atası oğlunun işindən razı qaldı, – Ramizə: çox gözəl oğlum, şad oldum nə gözəl fikirləşmisən, o zaman sən işinə bax, mən axşam gələndə götürərəm nömrəni. Qız necə istəyir elədə səliqəyə saldır otağını anladınmı? – atasına: tamam ata anladım, narahat olma. Atası – Ramizə: o zaman axşama görüşərik oğlum, – atasına: görüşərik ata, telefonu söndürüb baxdı – Kamilə: qızın otagında heçnə yoxdur. Anam hər şeyi götuzdürüb, bir görsən adam olan düşməninə belə etməz. Kamil dərindən nəfəs alaraq – Ramizə: xəbərim var gördüm. Ramiz Kamilə baxdı təcüblə ki, hardan görmüsən anlamında. Kamil – Ramizə: o günü otagına çantalarını qoydugumda gördüm, düzü çox pis oldum. Ramiz anladı xəcalətli baxışlarla baxdı dostuna. Kamil dərindən nəfəs alıb yavaş səslə – Ramizə: düzü bu haqda sənlə danışacaqdım, otağa bir şeylər qoydur deyə, yazıq qızın paltarını asmaqçün bir şey yoxdur otaqda. Ramiz dərindən nəfəs alıb, üzgün baxışlarla sakit sinəsində yuxuya getmiş Aylına baxdı. Anam onu etdirmiş ki qız bezib burdan getsin, – Kamilə: sən burda qal yanından ayrılma. Anam gəlib qızı oyadıb yuxulu halında dəli etməsin, mən otağa lazım olan şeyləri qoydurum işcilərə, – Ramizə: yaxşı sən get mən burdayam. Ramiz Aylını ehtiyatla oyatmadan yatağına uzatdı, üstünü örtdü ehtiyatla – Kamilə: görünür yazıq bura gəldiyindən yatmamış. Ehtiyatlı addımlarla otaqdan çıxdı. Kamil gəlib Aylın yatan çarpayının yanında yerdən əyləşdi, kürəyini çarpayıya söykəyib kefsiz – kefsiz baxaraq düşündü.

Правообладателям