Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
39 страница из 81
Axşam olurdu Aylın hələdə oyanmamışdı, Kamil oturduğu yerindən tərpənməmişdi ki, birdən arvad gələr Aylını oyadardı bağırıb. Qapını açıb içəri Ramiz girdiyində, Kamil dərindən nəfəs alıb yavaş səslə – Ramizə: qorxuzdun məni, elə bildim anandırmı gələn. Ramiz yaxınlaşıb baxdı yatan Aylına, – Kamilə: oyanmadımı yazıq hələ? Kamil yavaş səslə, yox oyanmadı, sən həll etdinmi otaq işini? Ramiz əlini üzünə çəkib, hə etdim hər şey qoydurdum otağa. Kamil ayağa qalxdı, oturmaqdan canı tutulmuşdu biraz dartınıb bədənini açdı, – Ramizə: mən gedim artıq atanda gələr birazdan, görməsin bizi belə pərişan. Ramiz – Kamilə: getmə qal burda sən lazımsan mənə, Aylın yuxudan oyandı gözlərini açıb Ramizlə – Kamilə baxdı, çox yatdığından başı keyləşmişdi. Nələr olduğunu bir an düşündükdə xatırladı yataqda oturdu kefsiz – üzgün, Ramiz mehribanlıqla – Aylına: oyandınmı canım. Aylın – Ramizə: yatmışammış xəbərimdə olmayıb, çoxmu yatdım mən? bağışla sənidə narahat etdim birdənəm, qalxdı yerindən. Kamil – Aylına: mənim dostum başqadır yəni dediyin kimi birdənədir, narahat olmaz kimsəni narahat edəsi bir şey etmədin sən, ürəyini sıxma istədiyində yat dincəl biz yanındayıq. Aylın səssiz dayandı Kamilə cavab vermədi, artıq deməyədə söz tapmırdı qarşılarında xəcət çəkirdi hər kəsin, özünə görə dava – şava olurdu evə gəldiyindən sıxılırdı. Çarəsiz vəziyyətdə qalmışdı bilmirdi nə etsin, nə desin, dayısının ürəyinə görə qatlanmaq zorundaydı xalasının alçaldıcı sözlərinə. Aylın – Ramizə: dayım gəlibmi? olanları bilməsin üzülməsin yazıq mənə görə, çox xayiş edirəm aramızda qalsın. Ramiz yaxınlaşıb mehribanlıqla – Aylına: bilməz canım demərik narahat olma sən. Aylın Ramizin otağından çıxdı artıq bir söz demədən, arvad oğlunun otağında özünün olduğunu görsə böyük vətən müharibəsi başladacağını yaxşı bilirdi.