Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 40

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

40 страница из 81

Ramiz Kamilə baxıb dərindən nəfəs aldı, atama görə çox qorxuram, belə davam etsə ürəyi dözməyəcək olanlara. Kamil dayaq olmaqçün – Ramizə: ümid edirəm inşallah bu son davası olar, anan bilir axı atanın xəstə olduğunu. Ramiz – Kamilə: eh dostum gözlərinin şahidi olmadınmı, görmədinmi nələrə qadirdir? bu yazıq qıza nəyə görə ilişir anlamıram, nədir bunun dərdi axı? bu qədər böyük ev – eşik uşaq deyil dalıyca töküntüsünü yığışdırsın. Gəib catmış qızdır nə narahatçılığı var anlamıram, Kamil – Ramizə: bilmirəm dostum heç anlamadım məndə ananın bu davranışını, nədən qorxur ki? qız başına bəla olar deyəmi? çoxda tərbiyəli – mərəfətli qızdır Aylın, düz dedin bibin ona gözəl tərbiyə verib, Allah yerini cənnətlik etsin. Qızı gələn günü qapıda elə acıladı ki, yazığım gəldi kimsə götürməzdi elə haqsız sözləri, məncə o bura çarəsizdir deyə yox, təkcə atanın xətrinə dişinə sıxaraq bi çarə qalmağa razı oldu. İnan belə rəfdara heç kim dözməzdi, çəkər gedərdi qapıdan, – Kamilə: bilirəm atama görə gəlib bura Aylın, söhbət etdiyimizdə dayımın sözünü yerə salmamaqçün gəldim dedi mənədə, onun orda evi var ailəsindən qalan. Anamın düşünmə qavranışı zəyifdir, elə bilir evsiz – eşiksizdir qız, atamla düşündük məsləhət etdik ki, bizimlə yaşasa yaxşı olar tək qalmaqdansa, qıza yaxşılıq etməyə çalışarkən əksinə oldu. Başını bəlaya saldıq gətirməyimizlə, yazığın duymadıqları qalmadı baxsana, burda ona bir tək anam düşmənçilik edir gördüyün kimi, dünyasını burnundan gətirdi gəldiyindən. Ramiz keçib çarpayıda əyləşdi, baxdı üzgün baxışlarla xəcalət çəkirdi dostunun – Aylının, qarşısında anasına görə. Kamil – Ramizə: bu qızın günü nə olacaq burda? – Kamilə: bilmirəm dostum bilmirəm nə olacaq, bunu bilirəm ki çətin olsada burda bizimlə qalacaq, və bunu anam istəsədə – istəməsədə qəbul edəcək.

Правообладателям