Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 37

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

37 страница из 81

Kamil eşitdiklərindən dəhşətə gəlmişdi əliylə ağzını tutub baxdı, artıq dözmədi Ramiz anasının qarşısına keçdi dayandı, nifrətlə baxdı. Anasına söz demədən əsəbi baxışlarla baxırdı gözlərnin içinə. Aylın Ramizin arxasında qalmışdı, o qədər pis olmuşdu ki ayaqda zor dururdu, sanki yıxılacaqdı indi sarsılmışdı. Yazıq çarəsiz başını Ramizin kürəyinə qoyub dayandı, ağlamaq – sınmaq istəmirdi arvadın önündə. Məliyin bu səhər dediyi sözləri necədə gərəyi olmuşdu indi onuçün. Ramiz Aylının sarsılaraq çarəsiz öz kürəyinə alnını qoyub dayandıgını hiss etdi, gözləri yaşardı bir ixtiyar bir anda anda. Anası oğlunu əsəbi baxışlarla süzüb getdi artıq söz demədən. Ramiz o qədər pis vəzyyətdə qalmışdı ki, dönüb Aylının üzünə baxmağa cürəəti qalmamışdı, utanırdı xəcalət çəkirdi anasının əvəzinə. Ramizdə Məliyin məsəllərini xatırladı, aglamamaqçün özünü toparlamağa çalışdı. Birdən qıraqda dayanıb şok halda özlərinə baxan Kamilə gözü sataşdı, carəsiz baxışlarla dostuna baxıb, bələ olmur mənasında başıni sirkələyərək işarə etdi. Çürəətini toparlayıb, çevrilib kürəyinə söykənib qalmış Aylını qucaqlayıb özünə sıxıb tutdu. Aylın içinə salıb qalmışdı səsini ağlayada bilmirdi arvadın duymasını istəmirdi, birdən Ramizi qucaqlayıb səssiz – səssiz aglamağa başladı içini çəkərək. Əlləri ilə Ramizin qollarından bərk – bərk sıxıb tutdu, elə yanmışdı ki nahaq sözlərdən – davranışdan. Yazıq içini çəkə – çəkə aglayırdı, ürəyinə güc olurdu səsini içinə salaraq ağlaması. Ramiz gözlərini yumub dayandı bir anlıq. Kamildə çox pis oldu Aylının halını görüb kənara baxdı, Aylının agladıgını Məlikdə eşidirdi qapıda dayanmışdı gözləri yaşlı uşaq kimi. Məlik yavaş səslə öz – özünə: of qızım bağışla qarşında dayana bilmədiyimçün, insafsız qadın Allahın yoxmuş sənin, göz yaşları üzünə süzülürdü.

Правообладателям