Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
42 страница из 81
Kamillə Ramiz söhbət edirdilər otaqda, Ramiz Aylina verəcəyi telefona yeni sim kartını salıb hazırdır, telefona baxdı. Kamil – Ramizə: mənə zəng et nömrə qalsın məndə, bilmək olmaz nə olar – nə olmaz, gərəkdiyində araya bilsin. Ramiz Kamilin telefonuna yeni nömrəylə zəng etdi, Kamil telefonuna gələn nömrəni yaddaşına Aylının adını yazaraq nömrəni qeyd etdi. Kamil – Ramizə: mənimdə nömrəmi yaz yaddaşda qalsın, nəsə lazım olsa zəng etsin mənə, Ramiz Aylına verəcək telefona atasının, özünün, Kamilin, nömrələrini qeyd etdi. Kamil – Ramizə: belə davam edə bilməz məncə dostum, geci – tezi qız bezəcək bu qədərini qəbul etməz heç kim, küsəcək tərk edər buranı hiss edirəm pisinə gəlməsin dediyim söz. İnsan günahsız yerə o qədər alçaldırılmaz künahdır vallahi, hər kəsin mənliyi – qüruru var, kiminsə mənliyini – qürurunu tapdalamaq olmaz bu dərəcədə. Ramiz – Kmilə: haqlısan, ancaq o tək başına orda nə edəcək? Kamil çiyinlərini çəkərək – Ramizə: bilmirəm nə edəcək, ancaq ən azından doğma şəhəridir məncə ona orda daha rahat olar. Kamil öz – özünə: burda qalsa əlbəddə daha rahat olardım, Ramiz təcüblə Kamilə baxdı elə dediyində, Kamil tez sözünə düzəliş verdi – Ramizə: yəni rahat olardıq demək istədim.