Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 44

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

44 страница из 81

Atası baxaraq – Kamilə: səndə çox sagol oğlum birlikdə gözəl gün keçirdiyinizə görə, Kamil – atasına: Ramiz həmişə haqqınızda danışır sizi çox istəyir, ancaq üz – üzə gəlib sizinlə tanışma fürsətimiz olmamışdı. Mən çoxu vaxdımı Ramizlə bir yerdə keçirirəm bir ailə sayılırıq. Aylında artıq bizə yad deyil, borcumuzdur yanında olmaq və lazımı işində dəstək olmaq. Atası fərəhlə oğluna baxaraq – Kamilə: məndə şadam oğlumun ətrafında sənin kimi hörmətli – qanacaqlı dostu var. Səni boya – başa çatdırmış valideyinlərinə təşəkkürümü yetirərsən mütləq, imkan olduqda olarlada yaxından tanış olarıq inşallah. Kamil – atasına: çox sağolun Həsən dayı çatdıraram mütləq. Hamıya xadimə qəhvə gətirdi, sinini masaya qoyub bir – bir keçib qarşılarına qəhvə fincanlarını payladı. Dayısı qəhvə fincanını götürüb bir qurtum içib gülümsəyib, dərindən nəfəs alıb fərəhlə baxdı hamısına. Aylın sakitcə danışanları dinləsədə, fikri başqa yerdə olduğu hiss olunurdu.


Kamilin Anası saata baxdı, saat 10:00 olmuşdu Kamil hələ gəlməmişdi evə, əri gəldi – arvadına: gəl çanim gedək yatmağ, a burda niyə oturmusan? Kamil uşaq deyil gələr. Dedi axı Ramiz gildədir, birincidirmi evə gec gelir, niyə narahat olursan bu qədər? qalx çanım gedək, arvadının qolundan mehribanca tutaraq qaldırdı ayağa, apardı.

Правообладателям