Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 43

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

43 страница из 81


Aylın dayısının yanında əyləşmişdi, dayısı Aylını özünə sıxıb tutmuşdu mehribanlıqla, – Aylına: danış qızım bu gün haralara getdiniz? Aylın nə deyəcəyini şaşırdı bu sualdan anlamadı heç bir şey, – dayısına: məncə yatmışam axşama qədər. O arada düşündü sualı anlamağa çalışdı, Ramiz nə demişdi atasına? tamam qarışdı fikirləri, dayısı baxıb güldü, – Aylına: qızım sən hələ oyanmamısanmı tam olaraq? nə bərk yormuşlar səni. Bu gün çoxmu gəzdiniz? Aylını özünə sıxıb qucaqlayıb oxşadı gözəl qızım mənim, Ramiz şəhərə getdib gəzdiniz çox yoruldun demişdi, gərçəkdəndə yorulubmuş mənim canım qızım güldü. Bu vaxtdı Ramizlə Kamil gəldilər, Ramiz əlindəki telefonu gətirib Aylına verdi, bu sənin yeni telefonun və nomrədə var içində hazırdır, orda atamın, mənim, birdə Kamilin nömrəsi yazılıb. Kamil gəlib görüşdü Həsən dayı axşamınız xeyir, kişi əlini sıxaraq – Kamilə: axşamın xeyir oğlum necəsən? – kişiyə: yaxşıyam çox şükür Həsən dayı. Həsən – Kamilə: buyur əyləş səni görməyimə şadam, Kamil keçib əyləşdi. Ramiz – atasına: ata telefonunu ver Aylının yeni nömrəsini qeyd edim, atası telefonunu cibindən çıxarıb oğluna uzatdı, al oğlum qeyd et gözüm eynəysiz yaxşı görmür. Ramiz telefonu götürüb nömrəni qeyd etməkçün qurdaladı, telefona nömrəni qeyd edərək – atasına: bu gün Aylınla biraz parkda gəzdik, anacaq tez yoruldu döndük. Ramiz Aylına baxdı ki anlasın yalanının üstünü açmasın. Aylın heç yalan danışmağı sevmidi, ancaq çarəsiz qaldı məcbur – dayısına: hə sagolsunlar məni gəzdirdilər. Şəhəriniz çox gözəldir yəqin, yalanınıda düzgün danışmaqda çətinlik çəkdi, sözləri qarışdırdığında Kamillə – Ramiz ikisidə baxdılar Aylına ki, düzəliş versin səhvən dediyi sözünə. Aylının boğazı qovuşdu, – dayısına: şəhəriniz demək istədim, mən bilmirəm nədən tez yoruldum, dönək dediyim yadımdadır, ordan gəlib necə yatmışamsa yuxuda gəzdiyim kimi xatırlayıram. Dayısı Aylının alnından öpüb gülümsədi, – Aylına: hava dəyişmisən qızım ondandır yorğunluğun, örgənəcəksən yavaş – yavaş buranın havasınada. Aylın yalandan gülümsəməyə çalışdı, dayısının dediyi bu söz heç ürəyindən deyildi üzünün ifadəsindən anlaşılırdı, Kamil o an anladı necə çıxılmaz vəzyətdə qalmışdı yazıq. Çarəsiz nəyə gülümsəyib, nəyə gülümsəməyəcəyini şaşaırmışdı ortalıqda qalaraq, dərindən nəfəs alaraq üzgün baxışlarla kənara baxdı. Ramiz telefonu atasına qaytardı, – atasına: hazırdır buyur qeyd etdim nömrəsini, telefonu götürüb – oğluna: bu gün səndən çox razı qaldım oğlum bilirsənmi? Ramiz – atasına: şadam həyatım boyunca bir dəfədə olsa səni sevindirə bildim ata. Atası gülümsəyib, Aylın özünə sıxdı – oğluna: səbəbkarı mənim bacımın gözəl ürəkli yadigarıdır, elə deyilmi qızım? o arada Aylın fikirləşirdi ki, bircə nə olur olsun dayısının kefini qaçırmayaydı xalası gəlib. Aylın fikirli olduğundan yenə şaşaraq hə – yox dayı dediyində, dayısı ürəkdən güldü, Aylının hə yox deməsinə. Qızım sən yuxudan doymamısanmı? Aylın nə deyəcəyini bilmirdi çarəsiz qalmışdı, beyni kütləşmişdi acı sözlərdən, dayısına qısılıb Ramizə baxdı ki, qarışdırıram sözlərimi. Bir daha yalan danışmağa məcbur etmə mənasında baxışlarıyla anlatdı, Ramiz anladı işarə etdi ki, hər şey yaxşıdır narahat olma.

Правообладателям