Главная » Acı həyat. Roman читать онлайн | страница 17

Читать книгу Acı həyat. Roman онлайн

17 страница из 89

Axşam olurdu, Mələklə Uğur sifarişi hazırlamışdılar, Mələk üzü başqa tərəfə əlində güllə nə isə iş görürdü. Kimsə gəldi salam verdi, Uğur salamı alıb qarşıladı, o arada Mələyin əlinə gülün tikanı batdı. Əlini ağzına tutub dönüb baxdığında, üzünün ifadəsi dəyişdi, gələn Səlim idi. Səlimdə Mələyi görüb Uğura baxdı tərs – tərs və, şaşqın. Mələk —Uğura: dostum bircə demə hazırladığımız sifariş bunadır. Uğur xayiş edici baxışlarla baxdı Səlimə. Səlim yaxınlaşıb – Mələyə: bircə səndə demə burda çalışırsan başımın bəlası. Mələk əsəbləşdi, – Səlimə: eyy bura bax, sözlərinə diqqət et. Dünyada tək bir baş bəlası varsada, oda sənsən. Tez Uğur yaxınlaşıb, ikisinin arasına girib Səlimi biraz dala çəkdi. Uğur dönüb – Mələyə: Səlim bəy bizim tanışımızdır, sifarişçi deyil. Xayiş edirəm davalaşmayın. Mələk şüphəli baxışlarla baxıb qolundan tutdu Uğurun. Sən hardan bildin biz bu heyvanla davalaşdığımıızı? Səlim əsəbləşdi, Uğuru kənara itələdi. Yaxınlaşıb dişlərini bir – birinə sıxıb, – Mələyə: mənə bax mərəfətdən bi kənar, sözlərinə diqqət etdə, yoxsa əlimdə qalarsan. Mələk necə əsəbləşdisə, – Səlimə: sənin əlində özünə oxşar qorxaqlar qalar, anladınmı? bir itdən qorxub toletə babanla gedirdin. İndi qarşıma keçib özündən böyük hədə ilə danışma mənimlə. Uğurun gülməyi tutsada, tez özünü ələ aldı. Tez yaxınlaşıb qolundan tutub, —Səlimə: Allah xətrinə sus heçnə demə. Səlim qolundan tutmuş əlinə baxdı. Birdən Uğura neçə yumuruq vurdusa, yazıq gül vazalarının üstünə aşdı. Mələk tez gedib yardım edib qaldırdı ayağa, – Uğura: yaxşısanmi? Uğur əsəblə Səlimə baxıb burnunun qanını sildi. Mələk elə əsəb oldu ki, Uğuru vurduğuna. Ətrafa baxıb nə fikirləşdisə, birdən gül vazasını götürüb Səlimin başından vurdu. Səlim dəyən zərbədən yerə yıxıldı, özündən keçindi. Uğur tez Səlimin yanında dizi üstə cöküb, üzünü şillələdi. Səlim, Səlim, duyursanmı məni? of dostum nə etdin sən. Mələk heç yardım etmədən baxırdı. Uğur bağırdı, başı qanayır bir şey ver. Səlim, Səlim, aç gözlərini. Səlim eşidirsənmi məni? hay verməyincə qorxdu. Tez cibindən telefonu çıxarıb təçili yardıma zəng etdi, ünvanı deyib bağırdı tələsin. Qalxıb asılı əl dəsmalını götürüb Səlimin başına tutdu ki, qan çox axmasın. Of Allah dinc durmağı bir örgənsən, Səlim aç gözlərini. Səlimin başından vaza elə tutmuşdu ki, Uğur səsləsədə duymurdu. Mələk nifrət dolu baxışlarla baxırdı.

Правообладателям