Главная » Acı həyat. Roman читать онлайн | страница 19

Читать книгу Acı həyat. Roman онлайн

19 страница из 89

Uğur xəstəxananın həyətində Mələyə məcbur gərçəkləri dediyində, Mələk qulaqlarına inanmadı baxdı Gülsümə. Gülsümdə ağlayırdı, Mələk —Gülsümə: səni vura bilmirəm, əlim qalxmaz bilirsən. Ancaq bundan sonra sən adlı bacım yoxdur. Gülsüm nə isə demək istəyirdi, Mələk barmağıyla işarə etdi ki, sussun. Demək Dəniz o tipin bacısıdır eləmi? Allah cəzanızı verməsin. Gülsüm ağlayaraq – Mələyə: qardaşının etdiyinin əvəzinə yaxşılıq etmək istədi qız. Mələk əsəblə bağırdı – Gülsümə: əksik qalaydı, eşidirsənmi? əksik qalaydı sizin yaxşılığınızda, mərəfətinizdə. Mələk baxdı, – Uğura: inandım sənə dost dedim. Oların xalan oğlu – qızı olduqlarını gizlətdin məndən. Bilirsənmi nə var? adın kimi uğurlu biri deyilsənmiş səndə. Allah hamınızın cəzasını versin deyərdim, bundan artıq cəzanız nə olar ki başqa? gözümə görsənməyin. Gülsüm Mələk elə deyib gedərkən, üzünü tutub ağladı. Uğur Gülsümü sakitləşdirməkçün, tamam ağlama günah bizdə oldu. Gülsüm uşaq kimi əllərini üzünə tutub ağladı. Mən nə etdim aman Allahım, bacımın xasiyyətini bilərək necə belə səhvə yol verdim. Allah mənim cəzamı versin, hönkürüb ağladı. Uğurda üzülmüşdü olanlara, ax Səlim axxx.

Правообладателям