Читать книгу Acı həyat. Roman онлайн
21 страница из 89
Mələk evə gəldi. Gülsüm sakit oturmuşdu gözləri yaşlı. Mələk baxmadan paltarını çantasına götürüb yığmağa başladığıda, Gülsün başını qoluna qoyub hönkürüb ağladı. Mələk o qədər əsəbi idi hec baxmadıda çevrilib, ancaq Gülsümün ağlaması ürəyinə toxunurdu. Buna görədə paltarını necə gəldi basıb yığırdı çantaya. Çantasını bağlayıb əlini cibinə atdı, nə isə axtardı tapmadı. İki əlləri ilə ciblərini axtarmağa başladı, bir anlıq gözlərini yumub dayandı. Yavaş səslə öz – özünə: aman Allahım nə olar axlımdakı olmasın. Mələk kartını hardasa salmışdı, çantasının yanında oturdu, baxdı əsəbi baxışlarla. Dəniz əlavə 3 ayında pulunu köçürmüşdü kartına. Fikrində vardı pulu qaytarsın geri, əsəblə baxdı Gülsümə.Qalxıb çantasını götürüb çıxdı getdi. Gülsüm gözləri yaşlı baxa qaldı, qorxusundan hara gedirsəndə deyib soruşa bilmədi.
Dəniz qardaşına oturmağa yardım etdi, başında çox pis ağrı vardı. Dəniz yaşlı gözləri ilə baxdı. Qardaşı – Dənizə: məndən gizlin o, sözünün ardını demədi zor tutdu özünü. Bax de, sən niyə məndən gizlin iş görürsən? düşündün o kənt mərəfətsizi anlayacaq, sağol deyəçək? bax dedi sağol. Başımı yardı it qızı, mən bunun heyifini onda qoyarammı? əsla. Dəniz bilirdi qardaşının xasiyyətini. Dahada həyəcanlandı belə dediyində, – qardaşına: mənə babam tapşırdı belə etməyimi. Səlim əsəbləşdi, onunlada danışacam mən, halıma bax düşdüyüm bir it səbəb olub. Dəniz artıq söz demədi kənara baxdı. Səlim gözlərini yumub dayandı səssiz, çox əsəbi idi Mələyə.