Читать книгу Acı həyat. Roman онлайн
22 страница из 89
Mələk gecəni dışarda gecələmişdi, yorğun – üzgün səhər gül mağazasına gəldi. Uğur buket hazırlayırdı üzgün -fikirli, birdən Mələyi görüb baxdı. Mələk gəldi salam vermədən – Uğura: dünən kartımı itirmişəm, burda deyil ki? əsəblə dedi sözü. Uğur masanın üstünə işarə etdi. Mələk baxdı masaya, kartını görüb biraz rahatlaşdı. Kartda qaytaracaq borç pulu vardı. Kartı götürüb çıxmaq istəyirdi, – Mələyə: dostum bağışla. Mələk dayandı dönmədi. Gülsüm gecə narahat olmuş, qız aradı səni soruşdu, sən harda qalmısan? burda tanışın yoxdu dedi. Mələk Uğuru acılamamaqçün özünü zor tutdu. Dönüb – Uğura: bunu Gülsümdə, səndə, məni aldadınca öncə düşünməliydiniz harda ola biləcəyimi. Dışarda səhərimi açdım, sevinmədinizmi? – Mələyə: bax Mələk bilirəm haqlısan sözlərində. Ancaq mən nə edə bilərdim ki? Dəniz dediyində aramızda qalacaq məcbur susdum. Bax and olsun Allahıma, dedim bunun sonu yaxşı bitməyəcək. Dostum yorğunsan, belə bizə incik getmə xayiş edirəm gəl danışaq. Mələk – Uğura: mənim Dənizə kartdan pul çəkib verməyim lazımdır gedincə. Bacarsan yardım et son dəfə, çatdır əvəzimdən pulu ona. Mən birazdan bankomatdan pulu çıxarıb gətirərəm sənə. Uğur —Mələyə: tamam çatdıraram. Mələk çantasını qapının yanında qoyub, —Uğura: o zaman çantamı burda qoyuram az vaxtda qayıdacam, getdi. Uğur dərindən nəfəs alıb baxdı, öz —özünə: ax Dəniz axx. Mən demədimmi sənə yaxşı olmayacaq bunun sonu. Gedib kefsiz buket hazırlamaqla məşğul oldu.