Читать книгу Acı həyat. Roman онлайн
20 страница из 89
Mələk qapını döymədən gəldi Səlimin yatdığı palataya. Səlim gözlərini açıb baxdı, Mələyi görüb əsəbləşdi. İstədi qalxsın başı ağrıdı bacarmadı, ofuldayıb başını qoydu yastığa. Dəniz heç Mələk gələndə baxmadı, gözləri yaşlı qardaşının əlindən tutub oturmuşdu. Mələk baxdı, – Dənizə: səndən gözləməzdim belə iş, ayıb olsun hamınıza. Məni bir olub barmağınıza doladınız son bir ayda. Sizinlə çörək kəsdim inandım siz nə, sözünün ardını demədi. Dəniz qardaşının əlinə alnını tutub ağladı. Mələk —Dənizə: bilirsən babana hansı cəhətdən bənzəyirsən? sadəcə ona gülüşün bənzəyir. Hec biriniz qalan cəhətlərinizdən babanıza əsla oxşamırsız. Hələ bu, Səlimə baxdı əsəblə. Sənə dedimmi özündən böyük danışma? heç düşünmə səndən üzür istəməyə gəldim. Gəldim deyəm ki, Allah axtardığın cəzanı verdi, indi rahat – rahat yat burda. Bəlkə axlın başına gələr əllə – qolla danışmasan, mərəfətsiz eşşək. Son dəfə Dənizədə əsəblə baxıb, çıxdı getdi. Əsəbindən qapını bərk vurduğunda, Səlimin başı sancdı ofuldadı. Səlimin əsəbi baxışlarından anlaşılırdı Mələyi yaxşı şeylər gözdəmirdi.