Читать книгу Acı həyat. Roman онлайн
25 страница из 89
Mələyi şövbəyə gətirmişdilər. Səlimin atası adlı – sanlı birsi olduğundan, Səlimin işinə tez baxmğa qərara gəlmişdilər. Mələk əyləşmişdi, rəyis – Mələyə: Səlim bəyi başından vurduğunuza görə şikayətcidir sizdən. Mələk susdu, Səlim bəy bağışlamasa cəzanızı çəkəçəksiniz. Siz anlaya bilirsinizmi dediyimi? Mələk yavaş səslə – polisə: bəli bilirəm. Səlimdə əyləşmişdi rəyisin otağında, qulaq asırdı deyilənlərə. Burda yaxınınız və ya ailəniz yaşayırmı? Mələk yox deyə işarə etdi. Rəyis —Mələyə: haqqınızda sud olacaq, işinizə baxılmayınca buranı tərk edə bilməssiniz. Dediklərim sizə aydındırmı? Mələk yavaş səslə – rəyisə: aydındır. Rəyis – Səlimə: Səlim bəy mən bacarıb işinizi tez həll etməyə çalışacam. Səlim razılığını bildirdi. Rəyis – Mələyə: telefon nömrəniz 24 saat açıq olacaq, duydunmu məni? zəng etdiyimizdə bura gələcəksən. Qacmağa və ya gəlməkdən boyun qaçırmağa çalışsan, işinin üstünə daha əlavə cəza gələçək. Mələk ayağa qalxıb – rəyisə: biz sözümüzdə duran insanlarıq yoldaş rəyis. Verəcəyiniz cəzanıda çəkməyə hazıram, sizdə bunu bilin. Rəyis tərs – tərs baxdı, – Mələyə: gedə bilərsən çağrılana qədər. Mələk otaqdan Səlimə baxmadan çıxdı. Düşünürdü karidorla gedərkən, necə etsin ki anası gil bilməsin olanları. Yazıq ömründə birinci idi ki, Səlim səbəb olub belə yerə gəlmişdi. Öz – özünə: kaşki boş başına öləcəyin kimi vursaydım, alçaq şərəfsiz zibil. Şövbədən çıxdığında dayandı, dərindən – dərindən nəfəs aldı. Sanki nəfəsi kəsiləcəkdi əsəbdən, üzüntüsündən, hec hara gedəcəyini belə bilmirdi. Uğur gəldi qarşısına həyəcanla, – Mələyə: nə dedilər? beyni dumanlanmışdı yazığın. Bir anda Uğura baxdı, yaşadıqlarının şokundan ayıldı. Dedilər burda qalmalıyam, cəzamı kəsdiklərində zəng edib bildirəcəklər. Uğura xəcalət oldu Mələyin bur duruma düşməsinə, ax Dəniz axx, nə etdin sən. Mələk birdən xatırladı çantası mağazada qlmışdı, —Uğura: çantamı götürməliyəm. Əğər yonun mağazayadırsa, məni çatdır zəhmət deyilsə sənə. Uğur- Mələyə: əlbətddə dost, dostum deyəcəkdi sözü ağzında yarımcıq qaldı deyə bilmədi. Mələkdə anladı, artıq bir söz demədən Uğurla maşınına tərəf gedib, əyləşdilər. Uğur maşını işə salıb qaza basdığında, şövbədən Səlim çıxdı. Maşınla gedərkən, ikisidə bir —birinə nifrət dolu baxışlarla baxdılar. Uğur sürəəti artırdı, getdilər. Səlimdə gedib Dənizin maşınına əyləşib getdi ordan.