Главная » Acı həyat. Roman читать онлайн | страница 30

Читать книгу Acı həyat. Roman онлайн

30 страница из 89

Uğur otağa limonlu çay gətirdi. Mələk pəncərənin önündə dayanıb, dışarı baxırdı yağışa. Gəlib çayı uzatdı, – Mələyə: bəzən yağış adama keçmişdə olub keçənləri xatırladır. Yağan damçıları ilə torpağa və hər şeyə məlhəm olur. Mələk çayı götürüb – Uğura: yağışı sevərəm mən, ancaq şimşəkdən qorxub gizlənməyə yer axtarardım hər çaxdığında. İndi yağışa özümü bənzədirəm, buludlara qənim kəsilən ildırımı isə xalan oğluna. Düzü əsil şimşəkdən fərqli olaraq mən ondan qorxmuram. İndi yəqin məni axtarır heyifini almağa. Uğur çayından iiçib – Mələyə: narahat olma, mən varkən o sənə heçnə edə bilməz. Mələk – Uğura: qarışma sən, xalan oğluyla mənə görə düşmən olma, ondan qorxmuram. Ürəyi harda istəyir çıxsın qarşıma, mən ondan qaçmıram. Uğur dərindən nəfəs alıb – Mələyə: sən mənim qədər onu tanımırsan. Demirəm qorx, ancaq ehtiyat et mütləq. Mələk – Uğura: anam hələ burda çalışdığımı düşünür. Xəbəri yoxdur qızının ən yaxın bacısı sayılanın səhvi ucbatından, işinin polisə qədər çatdığını. Allahım sən mənə səbir ver. İnan ən başından ürəyimdə narahatlıq vardı, bu iş təklifini duyduğumda. Dəfələrlə soruşdum demədilər gərçəyi mənə, nə pis bir yermiş burası. Uğur sakit dayandı, qız haqlıydı durduq yerdə xalası oğlu başına bəla olmuşdu. Bunuda yaxşı bilirdi ki, Səlim elə – belə qızın yaxasını buraxmayacaqdı.

Правообладателям