Главная » Acı həyat. Roman читать онлайн | страница 29

Читать книгу Acı həyat. Roman онлайн

29 страница из 89

Axşam yeməyindən sonra Səlim Dənizi otağına çağırıb sorğu – suala tutmuşdu. Dəniz sən bilirsən hardadır o pislik. Dəniz gizləmə məndən, onun harda olduğunu de. Dəniz – qardaşına: Səlim bax dedim bilmirəm, az sual ver atam duyacaq. Səlim birdən bağırdı – bacısına: duyanda duysun. İndicə zəng et Gülsümdən soruş hansı cəhənnəmdə saxlanmış. Dəniz qardaşınının yanında Gülsümü aradı. Telefonuda yüksək səsə açdı ki, qardaşı duysun danışdıqlarını. Az vaxtda Gülsüm ağlayaraq cavab verdi Dənizə. Dəniz Mələk hardadır bilirsənmi? qardaşından soruş hardadır de mənə yalvarıram. Burda onun məndən başqa kimsəsi yoxdur bilirsən. Dəniz qardaşına baxaraq – Gülsümə: bilmirəm məndə inan xəbərim yoxdu hardadır. Gülsüm ağlayaraq, – Dənizə: bəlkə qardaşın heyif çıxmaqcün qızı saxlamış, soruş nə olar. Səlim əsəbləşdi, əlindən telefonu götürüb – Gülsümə: demək ki bacın məndən qacıb gizlənə bilmiş hə? eybi yox tapacam mən onu. O zaman gününü görəcək pislik. Telefonu söndürüb atdı masaya əsəblə, düşündü hara gedər deyə. Dəniz qardaşına baxdı üzgün baxışlarla, əl çək qızı rahat burax. Səlim bunun axırı yaxşı bitməyəcək deyim bil. Hələ atam duysa heçdə yaxşı olmayacaq. Səlimin qulaqları duymurdu. Harada saxlandın sən? öz – özünə söyləndi. Dəniz əsəblə çıxdı getdi otaqdan. Səlim telefonunu götürüb kiməsə zəng etdi, alo nə oldu tapdınmı? bir iş becərmirsən. Əsəblə telefonu söndürüb baxdı.

Правообладателям