Главная » Acı həyat. Roman читать онлайн | страница 77

Читать книгу Acı həyat. Roman онлайн

77 страница из 89

Dəniz qaçaraq gəldi xəstəxanaya, qardaşı divara söykənib dayanmışdı. Yazıq Uğur pərişan halda oyana – buyana gəzirdi, ikisinində üzlərində yaralanmış yerləri bilinirdi. Dəniz baxıb anlamağa çalışdı, – qardaşına: Səlim Mələyə nə oldu? Uğur baxdı üzgün baxışlarla. Dəniz qardaşına yaxınlaşıb qolundan tutub sirkələdi, cavab ver Səlim nə oldu Mələyə? – bacısına: vurdular pıçaqla. Dəniz ağzını tutub, baxdı dönüb Uğura sual dolu baxışlarla. Uğur stressdən düz əməlli danışa bilmirdi, bu arada həkim çıxdı otaqdan. Uğur – həkimə: necədir vəziyyəti? Həkim ağzından maskasını çıxardıb baxdı. Xəstəmizin şükür orqanına zərər verməş kəsiiyi, lazım olan yardımı etdik. Bunu deyim ki, hələki burda qalması gərəkir. Çox qan itirmiş, ancaq yenə deyirəm, qorxulu bir şeyi yoxdur. Hələlik burda müalicəsini davam edəcəyik və yaxşılaşacaq inşallah. Elə bil Uğurun üstündən dağları götürdülər, off Allahım çox şükür. Həkim – Uğura: qızın bu hala necə düşməsi haqda polislərə ifadə verəcəksiniz. Bu gün görməniz mümükün deyil xəstəmizi, icazənizlə, Həkim geti. Dəniz gəlib qolundan tutub, – Uğura: Uğur nələr olur? kim vurmuş Mələyi? Uğur dərindən nəfəs alıb baxdı Dənizə.

Правообладателям