Главная » Acı həyat. Roman читать онлайн | страница 73

Читать книгу Acı həyat. Roman онлайн

73 страница из 89

Dəniz qaçıb çıxsada Mələyi tapa bilməmişdi, ətrafa baxıb öz – özünə: of Mələk hara getdin? tələsik maşınına əyləşib getdi.

Mələk yolun kənarı ilə gedirdi üzgün – peşman, Uğurun özünə görə işindən olmasına çox pis olmuşdu. Allah mənim cəzamı versin, axx dostum necə bunu məndən gizlədərsən sən. Qollarını bir – birin doladı, canından üşütmə keçdi bir anlıq, yenə yağış yağasına oxşayırdı. Yazıq son eşitdiyindən heç bilmirdi hara gedirdi.

Evə Uğur gəldi əlində poketlərlə, səslədi: mən gəldim. Anası gəldi əlini dəsmala silə – silə, – Uğura: gəldinizmi oğlum? Uğur birinci anlamadı, gədim anam. Xoş gədiniz oğlum, arxaya baxdı qızını görməyincə – Uğura: Mələk yoxmu? Uğur təcüblə – arvada: Mələkmi? evdə deyilmi Mələk? biraz şaşırdı. Əlindəki poketləri yerə qoyub baxdı, anasıda biraz şaşrdı, – Uğura: Mələk sənə getdi. Sən telefonunu evdə unudunca, dedi sifarişlərinə lazımdır. Uğurun elə bil başından qaynar su tökdülər, bir anlıq Mələyin ora getməsinə həyəcanlandı. Bilirdi orda Səlimin çalışdığını, – arvada: mən orda deyildim anam. İndi gedirəm narahat olmayın siz, Mələyi gətirəcəm. Yazıq arvad nəsə deyincə, tələsik qaçaraq getdi. Arvad ardınca – Uğura: oğlum Mələyi arayıb evə gəldiyini desəydikmi? of qızım. Yazıq az yorulurmuş kimi qaçdı getdi, yerə qoymuş poketləri götürüb apardı mətbəxtdə.

Правообладателям