Читать книгу Acı həyat. Roman онлайн
78 страница из 89
Gecə saat 10 olurdu. Anası narahat idi gəlib – Gülsümə: qızım Uğurla qızım nə çox qaldılar? Gülsüm artıq xəbərdar idi olanlardan. Roza xala indi Mələk mesaj yazıb bildirdi, Uğurun maşını xarab olmuş yolda qalmışlar. Uğuru tək qoymaq istəməmiş, narahat olmsın anama bildir dedi. Anası üzüldü duyduğunda, off yazıqlar yolda qalmışlar demək ki, mən bir arayım baxım qızıma. Gülsüm tez aramasın deyə bəhanə uydurdu, – arvada: Dəniz indi gedib Mələyi ordan götürüb, özüylə aparaçaq dedi. Olara yaxın yerdə qalmışlar yolda, arvad inandı – Gülsümə: Allah razı olsun, Dənizdə çox mərəfətli qızdır. Sən get yat Roza xala narahat olma. Mələyin telefonunun enerjisi azmış, sönə bilər dedi. Arvad şüphələnmədi, çünki inanırdı ətrafında olanlara, tamam qızım səndə get yat gecdir. İnşallah səhər gələrlər, gecən xeyrə qızım, getdi. Gülsüm arvad gedən kimi ağzını tutub, səsini içinə salıb ağladı, qızı haqda yalan danışmağı Gülsümə heç rahat deyildi.
Dəniz duyduqlarından şok olmuşdu, aman Allahım bu qızı niyə bəlalar tapır? Səlim bacısına baxdı. Uğur bir yerdə rahat dura bilmirdi, boynunun ardını tutub oyana – buyana gəzirdi. Bilmirəm niyə onu tapır bəlalar, əsəblə Səlimə baxdı. Ancaq bu dəfə Səlim səbəb olmamışdı, əksinə Mələyi qorumağa çalışmışdı. Bunu Uğur anlayırdı, ancaq öncə etdiklərinə hələdə əsəbi idi. Səlim gəlib əyləşdi, – bacısına: bilirsənmi, indi onun yerində mən yatmalıydım. Məni arxadan vurmaq istədikdə Mələk özünü qabağa verdi, yəni bu qəfil oldu. İnan ki görsəydim imkan verməzdim, Dəniz bir anlıq qardaşına baxdı üzgün baxışlarla. Qardaşını qucaqlayıb kövrəldi, heç birinizə bir şey olmasın, duyursanmı? Səlim uşaq kimi bacısını qucaqlayıb, başını çiyninə qoydu. Dəniz qardaşını çox istəyirdi, baxmayaraq bəzi tərs xasiyyətləri olsada, hamınız əzizsiniz mənə. Mələkdə yaxşı olacaq, Allah onu bizə bağışladı, Uğur dözmədi getdi harasa. Səlim baxdı Uğur getdi, qalxıb tez otağın qapısına yaxınlaşdı. Dəniz -qardaşına: Səlim olmaz dedi həkim duymadımı? Səlim heç cavab vermədən girdi içəri. Dəniz ayağa qalxıb, of Səlim off, gəlib qapının yanında dayandı ki, gələn olsa bildirsin.