Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
96 страница из 129
Beləcə aradan bir ayda ötdü keçdi. Aylının dönüşünə hər kəs sevinmişdi, şükür edirdilər. Sərdarda artıq sağalmışdı, başqa yerdə ev tutub qalsada, Aylının ailəsiylə tez – tez görüşürdü. Atasıda anasıyla barışaraq, öz evlərinə qayıtmışdılar. Qızının sağlam dönməyinə çox sevinmişdi və artıq hər kəs rahat nəfəs ala bilirdilər. Sərdar Aylının anasıyla çox yaxın olmuşdular, ana oğul kimi bir – birilərini şox sevirdilər. Aylın işə başlamağını bildirsədə, evdən kimsə izin verməmşdi, Hətta artıq anası, tək başına evdən çıxmağına izində vermirdi.
Kefsiz əyləşib televizor seyr edirdi. Anası əlində meyvə qabıyla gəldi – Aylına: qızım heç suratını sallama, dedim iş filan gərəyin deyil. Gəlib yanında əyləşib, qızının alnında öpüb meyvə qabını dizləri üstə qoydu. Meyvəni götürüb kəsərək qızına verdi, Aylın götürüb anasının üzündən öpüb, meyvəni yedi susaraq. Anası dərindən nəfəs alıb – Aylına: qızım nədir bu halın? uzun illər çalışdın. Bax başına gəlməyənlər qalmamış, anla məni. Səni bilə – bilə bir daha, işə filan buraxa bilmərəm. Sərdar bəy dedi ki, sən hara addımını atsan problemlər səni tapırmış. Problemlər səni tapmadığı zamanda isə, sən gedib problemləri tapırsanmış. Aylının üzünün ifadəsi dəyişdi. Bir anlıq Sərdara əsəbləşdi, öz – özünə: Sərdar bəy özüdə bir problemdir başıma düşmüş. Anası gülümsəyərək, – Aylına: Sərdar çox dentlimen, mərəfətli oğlandır qızım elə demə. Sərdarla danışıb, dərt – sərimi bölüşüb ürəyimi rahatlaya bilirəm. Bax, qardaşınla oturub bir kəlmə düzün danışa bildimmi bu günə kimi? əlbətdə xeyir. Hər zamanda yüz bəhanələr edib, söhbətdən qaçır. Aylın meyvəsini yeyib – anasına: qardaşım atamla çalışır, yazıq çox yorğun olur. Bax o üzdən gözəl anamla çox vaxt keçirə bilmir, icimə ondan. Anası yalandan gülümsəyərək, – Aylına: necədə xasiyyətindən atana bənzəyirsən qızım. Aylın gülümsəyib, – anasına: qısqanma anacan, mən sənədə bənzəyirəm. Bax mən səni heç qısqandımmı? mənim əlimə meyvəni verirsən, Sərdar bəyi isə əlinlə yedirdirsən. Anası qızını qucaqlayıb bağrına basıb, öpdü. Anası – Aylına: canım qızım, səni mən canımdan çox sevirəm, gözəl balam bircəçik qızım. Aylında anasını öpüb qucaqlayaraq, üzünü sinəsinə dayayıb gülümsədi. Aylın – anasına: Sərdar bəydən daha çox istəyirsənsə, mənidə əlinlə yedir anacan. Anası gülümsəyərək, meyvədən kəsərək, qızına əliylə yedirdi balaca uşaq kimi.