Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
69 страница из 129
Hər kəsdən bir başqa, Sərdarın üzüntüsünü sözlə ifadə itmək qeyri mümkün idi. Üzünü saqqal basmışdı, yazıq özünə yer tapa bilmirdi, canı göynəyirdi. Hər keçən gününü – gecəsini, Aylının ölüb getmiş valideyinlərinin məzarlarının yanında oturaraq keçirirdi. Çox zəyifləmişdi, göz yaşlarıda qurumuşdu sanki. İnsan nə qəribə məxluq deyilmi? hər kəs deyirdi Aylınsız ölərik yaşamarıq, pərişan olsalarda, kimsə həyatından olmamışdı. Çətində olsa dözürdülər, yıxılsalarda qalxırdılar. İnsan dözən dərdi Allah daşa versəydi, daş dözməzdi param – parça olardı.
Bəlkədə Aylının ölüsünü görmədikləriçün, ümidləmi yaşayırdılar? heç kim bilə – bilməzdi. Oların ürəklərində olan yanğını – çarəsizliyi, təkcə özlərindən başqa kimsə bilməzdi. Sərdarın artıq kimsəsi qalmamışdı. Hər şeydən əlini üzüb küskün oturmuşdu, dizlərini qucaqlayıb məzarlara baxırdı sakitcə. Arxadan kiminsə səsi duyuldu, – Sərdara: qaraşım. Sərdar o qədər zəyifləmişdi ki, səsin kimə ait olduğunu axlına gətirə bilmədi, başını qaldırıb baxdı. Gələn Fəda idi, gördüyündə elə kövrəldi ki, ayağa qalxmağa çalışdı, halı olmadığından çətinlik çəkdi. Fəda tez gəlib qalxmağa yardım edib, baxdı. Fədanın gözləri yaşardı, – Sərdara: qardaşım etmə belə, Aylını acıtma- sızlatma. Fəda belə desədə, özüdə çox üzülmüşdü Aylının yoxluğundan. Tez Sərdarın boynunu qucaqlayıb özünə sıxıdı. Fəda gözlərinin yaşına hakim ola bilmədi, göz yaşları üzünə süzüldü. Sərdar zorla qollarını Fədanın boynuna sala bildi, gücü qalmamışdı. Çoxdandı ağlamırdı, Fədanı quşaqlayıb hönkürərək elə ağladı ki, Fədanın ürəyi yandı odsuz – alovsuz. Fəda – Sərdara: can qardaşım can. Sərdar ağlaya – ağlaya – Fədaya: Aylın yoxdur artıq, tərk etdi məni insafsız. Bax nə hala qaldım onsuz, burda oturub, səbirsizliklə ona qovuşacağım günümü gözləyirəm qardaşım. Fədanın bi ixtiyar gözlərindən yaş süzülürdü. Sərdarı bərk – bərk qucaqlayıb sıxıb tutdu ki, yıxılmasın.