Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
39 страница из 127
Qapı açıldı, Nicat baxdı içəri Ramiz girdi qucağında Aylınla. Gətirib qucağından yerə qoymadan, Nazlını göstərdi – Aylına: bax canım yatır yaxşıdı, sakit ol. Dilqəm heçnə duymurdu fikirə dalmışdı. Nicat Ramizə baxdı əsəblə – nifrətlə, Ramizdə ona baxaraq, acıq verici baxışlarla süzdü Nicatı. Aylın Ramizin qollarından dartınıb – Ramizə: qoy məni yerə. Ramizlə Nicat biri – birinə baxırdılar. Aylın əsəbləşdi, – Ramizə: eşitmirsənmi, dedim qoy yerə məni. Nicat əsəbləşib – Ramizə: duymadınmı heyvan buraxsana. Aylını Ramizin qollarından alıb, yerə düşməsinə yardım etdi. Ramiz Nicata baxıb, kinlə gülümsədi. Aylın Dilqəmin saçlarına sığal çəkib, Nazlıya baxdı. Nicatla Ramiz bir anlıq Nazlını unudub, köhnə probləmlərinə qayıtmışdılar.
Ramiz Nicatın yaxasından tutdu, Nicat yavaş səslə – Ramizə: sağalıb deyəsən keçən dəfə qoyduğum əziklərin, qaşınırsan yenə? Aylın olara baxdı. Dişlərini bir – birinə sıxıb, yavaş səslə – ikisinədə: yetərrr. Aylının sözündən sonra, Ramiz Nicatın yaxasını buraxdı. Aylın Ramizə baxdı əsəblə, başını narazılıqla sirkələdi. Nicatın qolundan tutub, o bir tərəfinə çəkdi ki, bir – birilərini vurub didməsinlər yenə. Aylın Nicata xayiş dolu baxışlarla baxdı ki, Ramizlə davalaşmasın, səs etməsinlər. Nicat anladı Aylının baxışlarından. Ramizə altdan – altdan baxdı əsəblə.