Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 44

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

44 страница из 127

Cansu gəldi uşağın veşini yığıb, – Nicata: hazırıq Nicat bəy. Nicat dayənin əlindən çantanı götürüb, gedəyin, evdən çıxıb getdilər. Atası gözləri yaşlı qalmışdı baxa yatağında. Vaxdında öz doğma oğlunu bir dəfədə olsa axtarmamışdı, həyatdamı deyilmi, yadların uşaqlarında mərhəmət axrtarırdı.


Aylın dayanmadan telefonla danışırdı, Nazlıçün donur axtarmalarını xaiş edirdi hər kəsdən. Ramizdə Dilqəmə heçnə yedirə bilməmişdi. Dilqəm uşaq kimi dizlərini qucaqlayıb oturmuşdu büzüşüb, qorxurdu! Nazlını itirəcəyini düşünürdü. Düşündükçə axlı şaşırdı, həyəcanlanırdı sıxılırdı.

Aylın telefonu söndürüb gəldi, Dilqəmin yanında əyləşdi, baxdı hecnə yeməmişdi. Aylın – Dilqəmə: dostum sən güclü olmalısan, Nazlının hər kəsdən çox sənə ehtiyacı var. Ramiz dərindən nəfəs alıb baxırdı Dilqəmə. Aylın Ramizin gətirdiyi şeylərdən götürüb, Dilqəmə yedirməkçün əlində tutub, Nazlının xətrinə ye, aç ağzını. Dilqəm yemədi, Aylın Ramizə baxdı, Ramiz bilmirdi nə etsin. Aylın – Dilqəmə: yediyin hər tikə, Nazlının sağalmasıçün Allaha etdiyimiz dilək sayılsın, nə olar ye. Dilqəm Aylına baxdı üzgün baxışlarla, hər şeydən möcüzələr axtarırdı uşaq kimi. Dilqəm Aylının verdiyi yeməyi əlindən yedi, zorla çeynədi. Yazıq o qədər üzgün – yorğundu ki, yeməyidə çeynəməyə halı yox idi, ancaq sevgilisin sağalmasıçün yeyirdi çarəsiz. Ramiz Aylına baxdı, Aylın gərçəkdəndə hər şeyi bacarırdı. Ramiz Aylını nə desədə çox sevirdi, ürəyi azda olsa rahatladı qardaşı yediyində.

Правообладателям