Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 40

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

40 страница из 127


Səhər açılmışdı, Bahar Afət xanımın deməsinə baxmayaraq, onu tək qoymamışdı yanında idi. Anası yatmamışdı bütün gecəni ağlamışdı, çox üzülmüşdü, Baharda çox üzgündü, yazıq qadının halına. Bahar gözlərinin yaşını silib, əlindəki yemək, çay sinisiylə yaxınlaşdı. Bahar – Afətə: bütün gecənidə yatmadın, səhər yeməyini hazırladım, məni üzmə nə olar ye bir tikə. Afət dinmədi, işıq üzünə həsrət qalmış gözlərini bir nöqtəyə zilləmişdi, sanki görürüdü. Baharda sinini masaya qoyub, məyyus halda əyləşib dərindən nəfəs aldı.

Nazlını başqa otağa köçürmüşdülər, həkim baxıb – olara: bu gündən başlayırıq müalicəsinə, donur artıq axtarılır inşallah tapılar, həkim getdi. Aylın, Nicat, Ramiz, Dilqəm, otağın qapısının qarşısında dayanmışdılar. Hər kəs bir möcüzə gözləyirdi, Aylın Dilqəmə baxdı. Dilqəm danışmırdı kimsəylə, key olmuşdu düşünməkdən. Aylın Ramizə Nicata baxdı, Ramiz alnını ovurdu, çarəsisdi oda hamı kimi düşünürdü. Nicat qollarını biri – birinə dolayıb, divara söykənib dayanmışdı. Birdən axlına nə gəldisə, tez Aylına yaxınlaşıb qulağına nə isə pıçıldayıb getdi. Ramiz Nicatın ardınca tərs – tərs baxdı, kimin hara, nəyçün getməsi heç kimə maraqlı deyildi. Hamı Nazlının sağalmasıçün bir çıxış yolu axtarırdılar.

Правообладателям