Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
41 страница из 127
Aylına zəng gəldi Tahirdən. Aylın telefonu açıb alo Tahir, biraz qulaq asıb, tamam mən indi həkimlə danışıb sənə bildirəcəm. Aylında getdi həkimdən nə isə soruşmağa, Nazlı haqqında. Ramiz zorla ayaq üstə dayanmış Dilqəmə baxdı. Yaxınlaşıb çiyninə əlini qoydu, – Dilqəmə: qardaşım gəl əyləş. Dilqəmi aparıb otuzdurdu divanda, – Dilqəmə: mən indi gəlirəm qardaşım. Dilqəmə içməyə, yeməyə, bir şeylər almaqçün getdi. Dilqəm üşüdü, özünü sıxıb büzüşüb oturdu.
Nicat Xalasının yanına gəlmişdi. Bahar Nicata Nazlının xəstəliyə dücar olduğunu deyə bilməyib, çarəsiz uydurduğu planı demişdi. Nicat xalasını belə üzgün görüb, qalan dünyasıda yıxıldı başına. Nicat gəlib xalasını qucaqlayıb öpdü əllərindən, xalası dinmədi, sanki daş olmuşdu oturduğu yerində. Nicat – xalasına: canım xalam, başını dizlərinə qoydu. Xalası Nicatın saçlarına sıqalda çəkmədi, Nicatın gözlərindən yaş damcıladı, xalası artıq hamısına küsmüşdü, anladı üzüldü. Nicat uşaq kimi xalasının dizlərinə başını qoyub, uyumaq istəyirdi. Bütün bu olanların, oyandığında pis bir yuxu olmasını arzu edirdi. Yazıq elə sınmışdı ki, çox çarəsiz idi, sözlə ifadəsi yox idi.