Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
48 страница из 127
Aylın gəlib Dilqəmin yanında əyləşdi. Dilqəm çox yazıq olmuşdu, Aylına baxdı üzgün baxışlarla. Artıq səsidə zəyifləmişdi yazığın, – Aylına: sağalacaq, elə deyilmi? Aylının ürəyi ağrıyırdı, zor tuturdu özünü. Dilqəmin saçlarını mehribanlıqla sığalladı, alnından öpdü, – Dilqəmə: baxsana saçlarında daranmamış. Nazlı sevgilisini belə görmək istəməz, elə deyilmi? əliylə sığallayıb, Dilqəmin saçlarına düzəliş verərək başını qatmağa çalışdı. Artıq verəcək cavabıda yox idi Aylının. Dilqəm təkrarladı, – Aylına: Aylın sağalacamı Nazlım? Aylın sancılarla dolu ürəyinin ağrısını hiss edirdi, o halıylada calışdı gülümsəməyə. Aylın – Dilqəmə: əlbətddə sağalacaq dostum, bax biz burda zənglər gözləyirik. Heç şüphən olmasın bizim canımızdı o, sağalacaq və dönəcək yanına işə, hər şey yaxşı olacaq. Dilqəm uşaq kimi Aylına qısıldı, çarə axtarırdı küçələrdə anasız qalmış qorxmuş uşaq kimi. Ramiz pis oldu Dilqəmin bu halına, kənara baxıb öz – özünə: belə həyaatın mən … … pis söz dedi, əsəbindən.
Nicat xəstəxananın həyətində bir kənarda dayanıb telefonla danışırdı. Nazlıçün donur axtarmalarını xayiş edirdi kimdənsə, puldan narahat olmayın ödəniləcək nə qədər desəniz. Çox sağolun, zənginizi gözləyirəm. Telefonu cibibinə qoyub döndüyündə, kimsə burnundan vurdu yumuruqla, az qaldı yıxılsın. Əliylə burnunu tutub baxdı, vuran Ramiz idi onu, Nicatın burnu qanadı. Ramiz yaxınlaşdı – Nicata: bir daha Aylını öpərsən, sənin o… ağzını dağıdaram, duydun məni?