Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 43

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

43 страница из 127


Nicat evə gəlib, uşağı qucağına alıb öpüb oxşadı, aslan parcam qurban olum sənə mən. Uşaqda Nicata öyrənmişdi, başını çiyninə qoyub baxdı. Cansu – Nicata: anasını istəyir Nicat bəy Sərdar. Nicat uşağın üzündən öpüb, – Cansuya: hazırlaş zəhmət olmasa, Sərdarın paltarını götür gedirik, başqa yerdə qalacaqsınız Sərdarla. Xalama heç bir şey haqda, bir söz deməyəcəksiniz. Sərdarla orda qalıb, onada qulluq edəcəksiniz, axşam bizdə Aylınla ora gələcəyik. Dediyim kimi, sən sadəcə Sərdarın dayəsisən, heçnə bilmirsən, danışdıqmı?

Cansu mehribanlıqla – Nicata: narahat olmayın Nicat bəy, mən indi hazırlayaram Sərdar bəyin hər şeyini. Nicat qucağında uşaqla atasının otağına gəldi, atası uşağı çox istəyirdi. Nicata uşağı özünə verməsini işarə etdi, Nicat uşağı atasının quşağına verdi. Atası uşağı götürüb öpüb gülümsədi, gəldinmi babaya? uşaqda şirin – şirin baxırdı. Nicat dərindən nəfəs alıb, – uşağa: babanla salamatlaş gedirik aslanım. Atası təcüblə baxdı, – Nicata: gedirlərmi burdan? Nicat yavaş səslə – atasına: hə gedillər. Atası üzüldü, uşağa baxdı kövrəldi – Nicata: niyə gedirlər? xoşlarınamı gəlmədi burası? Nicat sıxıldı – atasına: yox getmələri lazımdır. Atası üzgün baxışlarla baxırdı – Nicata: nə vaxt qayıdacaqlar? Nicat əsəbləşdi özündən asılı olmadı. Bilmirəm nə vaxt qayıdacaqlar, sənə hesabmı verəcəklər? atası incidi Nicatın belə kobut davranışından. Anladım oğlum, mən kiməm ki? sadəcə çox alışdım Aylın xanıma, oğluna, o üzdən soruşdum. Nicat əlini üzünə çəkib baxdı, – atasına: getmələri gərəkmiş, anladınmı? bu qədər. Uşağı qucağından alıb otaqdan çıxdı, atasının gözləri yaşardı. Nicatında atasını belə kobutlaması, ürəyinə toxundu.

Правообладателям