Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 42

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

42 страница из 127

Xalası – Nicata: oğlum səndə get daha gəlmə, mən bilirəm hamınıza yükəm, bəlayam. Nicatın ürəyi sızladı bu sözü eşidib, – xalasına: xala mənim canımsan sən. Anamdan qalma tək qanım – canımsan, demə belə, nə olar üzmə məni günahsızam. Sən dünyanın ən gözəl xalasısan, anasısan. Mənim xalamsan canımsan, üzünü xalasının dizlərinə tutdu ki, ağladığını hiss etməsin. Ancaq xalası çox hissiyatçıl idi gözməsədə, Nicatın gözlərinə əliylə toxundu, anladı ağladığını. Xalası – Nicata: oğlum ağlama, mənim evlatlarımsınız ikinizdə. Mənim belə olmağım sizə mane olur, əlinizə – ayağınıza dolaşıram bilirəm. Mən dedim Bahar xanımada, sənədə deyirəm, mən bu evdə hər şeyin yerini bilirəm. Narahat olmayın, mən özüm – özümə qulluq edə bilərəm, siz öz işinizə, həyatınıza davam edin. Bir ananın evlatlarına arzuladığı ancaq xöşbəxtlikləridir, incimirəm sizdən. Gedin məni düşünməyin, Nicat xalasına baxdı yaş süzülən gözləriylə. Hardan biləydi ki, qızı ölüm ayağında idi.

Nicat ayağa qalxdı, – xalasına: xalacan məni bilirsən sən, mənə bir gündə baxmayan atam olan o alcağı baxıram. Sən mənə analıq etmisən, nə düşünürsən mənim haqqımda düşün, mən səni tək qoymaram ölsəmdə, bunu məndən istəmə. Sən nə desəndə, mən sənin oğlun sayılıram. Anasını hansı qeyrətli oğul tək qoyar? mənim kitabımda elə şey yazılmadı. İçdən çıxıb gələcəm mən, üzündən öpdü xalasının getdi. Xalası Nicatın ardınca elə ağladı ki, Nicatda gedərkən eşitdi xalasının ağlaşını. Çox pis oldu, getdi dönmədən. Baharın ürəyi parçalandı olara baxıb.

Правообладателям