Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 50

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

50 страница из 127


Nicat gəldi, ağzının – burnunun qanını yuyub. Aylın görməsin deyə, əliylə dodağının partlamış yerini tuturdu. Aylın Dilqəmi qucaqlayıb oturmuşdu, Nicata zəng gəldi, Aylın baxdı Nicat tərəfə. Nicat telefona cavab verən an unutdu ağzını tutumadı, Aylının gözündən qaçmadı yaralanmış dodağı. Anladı o an Ramizdə yox idi ətrafda, öz – özünə: ay mən sənin… xasiyyətinə… olsun Ramiz. Dilqəm Aylının pis sözlər işlətməsinə alışmamışdı, Aylının Ramizin ardınca dediyi pis sözlərə görə təcüblə baxdı. Aylın – Dilqəmə: sənin o qardaşın məni çürütdü dostum, çürütdü, yedi ömrümü məhv etdi. Aylın əsəbləşdi baxdı, Nicat telefonu cibinə qoyub ağzına əlini tutub dayandı kənarda. Aylına yaxınlaşmadı ki, görüb üzülməsin. Aylın bunu anlamışdı artıq, Nicata üzülürdü, yazıq səhərdən ora – bura qaçır, hamıya yardım etməyə çalışırdı. Ramizində üstəlik onu vurmasına Aylın çox əsəbləşdi.

Ayağa qalxdı Nicatı sələd, i Nicat Aylına baxdı. Aylın işarə etdi, gəlsənə yanıma. Nicat Aylına yaxınlaşdı, buyur canım. Aylın Nicatın əlini ağzından çəkdi, yarasını görüb üzünü turşutdu offf, – Aylına: sən üzülmə boş şeydi. Aylın bir kəlmədə demədi Nicata getdi. Nicat anladı Aylın Ramizə gedirdi, tez ardınca gedib qolundan tutub saxladı. Nicat – Aylına: burax yeri deyil canım, Aylın əsəblə qolunu çəkib dartınsada, Nicat buraxmadı. Canım dedim yeri deyil, xayiş edirəm nə olar Aylın dur. Nicat yalvarışlı baxışlarla Aylına baxdı, Aylın Nicatın üz ifadəsindən anlayırdı onu artıq. Sakitləşməyə çalışdı, öz – özünə: biz burda nə haydayıq, sən bunun etdiyinə bax. Nicat Aylını çəkib özünə tərəf qucaqladı, – Aylına: sən boş ver onu canım baxıb gülümsədi. O tərəfdən Ramiz gəlirdi, ona görə Aylını dartıb qucaqlayaraq, Ramizə qandırırdı ki, sən heç kimsən. Aylın Nicatın qanamış dodağına toxunub – Niçata: acıtır bilirəm deməsəndə. Nicat gülümsəməyə çalışdı, – Aylına: acımır canım, gəl Dilqəmi tək qoymayaq. Aylının çiyinlərindən qolunu salıb özünə çəkdi, mehribanlıqla sıxaraq apardı Aylını. Gedərkəndə acıq verici baxışlarla dönüb Ramizə baxdı. Ramiz yerində dayanıb nifrətlə baxırdı, Aylın Ramizi görmədi, getdi Nicatla.

Правообладателям