Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
52 страница из 127
Axşam olmuşdu, Aylınla Nicat xalası gilə gəlmişdilər, Aylınla xalası xeylik dərtləşmişdilər. Cansu uşağı gətirib gəldi. Aylın oğlunu götürüb, opüb qucaqlayıb qoxladı, oxxx cənnət qoxulum nənəyə gəldinmi sən? ay mənim şirin oğlum. Xalası – Nicata: Nicat oğlum, Nicat xalasına, buyur xalacan. Sən dedinmi mənim sənə dediklərimi? qızının adını çəkmədi anası. Nicat anladı, – xalasına: mesaj yazdım xalacan, işimiz çox idi görə bilmədim.
Aylın anladı nədən gedirdi söhbət, tez başqa söz qatdı ortaya ki, Nicatı xalası çoxda sıxışdırmasın. Aylın – uşağa: oğlum sən nənəyə get mən yeməyə baxım, gətirib uşağı öpüb, Afətin qucağına verdi. Afətdə uşağı çox istəyirdi, dediyini unutdu bir anda uşağı qucaqlayıb oxşadı, anası qoxulum. Aylın baxdı Afətin sözünə, gülümsədi. Aylın – Nicata: mənə yardım et masanı hazırlayaq. Cansu Aylına demək istəyirdi ki, mən yardım edərəm, Aylın barmağını dodaqlarına qoyub, suss deyə işarə etdi. Cansu anladı, sən oğlumla qal çoxda yormasın nənəsini, Cansu, baş üstə Aylın xanım.