Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
51 страница из 127
Aylınla, Nicat Nazlının yanına gəldilər. Aylın Nazlının saçlarını sığallayıb, – Nazlıya: sən anan üçün narahat olma, biz qalacağıq yanında sən sağalınca. Nazlının gözlərindən yaş süzülürdü, danışa bilmirdi. Aylın Nazlının alnından öpüb çıxdı, dözə bilmirdi onun ağlamasına. Nicat gəlib Nazlının yanında əyləşib, qucaqlayıb bağrına basdı. Nazlıda göz yaşlarında boğulurdu danışa bilmirdi, titrək səslə – Niçata: səndə bir xaişim var Niçat anladı nə deyəcəkdi Nazlı, suusss demə heçnə, tamammı? demə canım sağalacaqsan inan mənə. Bax sağalacaqsan və anana dönəcəksən inan mənə. Hər kəsi bir kənara qoy, düşün toparla özünü bütün gücünlə, tək bir anançün qalib gələcəksən. Sağalacaqsan bacım, anlaşdıqmı? Nazlının saçlarını, üzünü, sığallayıb gözlərinin yaşını silib baxdı üzünə. Anlaşdıqmı canımın – canı gözəl bacım? Nazlı Nicatın sözlərindən güc almağa çalışırdı, ən azından anasıçün, sevdikləriçün. Başıyla tamam deyə razılığını bildirib, Nicata sarılıb uşaq kimi dayandı səəsiz.
Nicatın ürəyinin qalanıda param – parça olmuşdu artıq. Özünü Nazlının yanında güclü – inamlı göstərməyə çalışırdı, ancaq içindən yanıb qovrulurdu. Nicat özü də çox qorxurdu! Nazlını itirə biləcəyindən, axlına belə gətirmək istəmirdi. Nicatda Nazlını qucaqlayıb bərk – bərk özünə sıxıb tutmuşdu. Ürəyində olan qorxunu – umutsuzluğu, gözlərindən Nazlının oxuya biləcəyindən çox qorxurdu. İndi Nazlının yanında ancaq cəsarətli və inamlı durmalıydılar. Nicat – Nazlıya: duydunmu Aylının dediyini? xalamla yaşayacağıq sən sağalıb çıxana kimi. Nazlı titrək səslə – Nicata: mən gəldiyimdədə qalın getməyin. Nicatın ürəyi sızladı, qollarında Nazlının nexə titrədiyini hiss edirdi. Nicat – Nazlıya: tamam canımın – canı söz, getməyəcəyik. Böyük bir ailə olaraq birlikdə yaşaycağıq, bax mən söz verdim indidən, səndə sözünü tutacaqsan. Nazlı Nicatı bərk – bərk qucaqlayıb, tamam söz qardaşım. Nicat dərindən nəfəs alıb – Nazlıya: canım bircəcik bacım, yaşarmış gözlərini yumdu.