Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
54 страница из 127
Aylın- Nicata: sən əyləş kiçik bir şeydi, Niçat əl çəkmədi, baxım dedim. Aylının əlini zorla dartıb barmağına baxdı, qan axırdı. Nicat tez Aylının kəsilmiş yarasını ağzına tutub, barmağını sordu. Aylın – Nicata: ayyy nə edirsən, fuu vanpir, Nicat ağzında Aylının barmağını çıxarıb baxdı, – Aylına: bax qan kəsdi. Öz cibindən əl dəsmalını çıxarıb, cırıb barmağını sarıdı. Aylın barmağını sarıyan Nicata baxırdı, Nicat barmağını sarıyırdı Aylına baxmırdı. Birdən Aylının özünə baxdığını görüb, barmağına düyüm vurub, başını qaşıyıb baxdı. Nicat – Aylına: biraz böyük oldu deyəsən, Aylın baxıb başını narazılıqla sirkələyib, işinə davam etdi. Barmağını dəsmalı ilə çox sarımışdı, qan axmasın deyə. Aylın zarafatla – Nicata: yaxşıdı çox kəsmədim, vallahi əlimi gipisləyərdin, çox sağol yardımınçün. İndi isə sən əyləş qəhvəni iç, Nicat getmədi. Aylının əlindən pıçağı ehtiyatla götürüb – Aylına: sən pıçaqla ehtiyatsızlıq edirsən, ver mən doğrayım. Aylın anladı Nicatın sözündən, bir dəfə özlərində Nicat barmağını kəsmişdi çörəyə dilim çəkərkən və Aylın əlindən alımışdı pıçağı. Nicatın qoluna dirsəyi ilə vurub, sözü nə üçün dediyini anladığını işarə etdi. Nicat işiylə məşğul olaraq, Aylına baxmadan gülümsədi. Aylın – Nicata: inşallah tapılaçaq donur mən inanıram. Nicat dərindən nəfəs alıb – Aylına: inşallah canım inşallah, köməkli yemək hazırlamaqla məşğul oldular.