Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 69

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

69 страница из 127

Nazlı anasını küskün oturduğunu görüb pis oldu, gözləri yaşardı Nicata baxdı. Nicat işarə etdi ki, hər şey yaxşı olacaq. Nazlı ana sözünü deyə bilmirdi böğulub qalmışdı, Aylın gil arxadan gəldilər yanında dayandılar. Dilqəm arxadan Nazlının çiyinlərindən tutub sıxdı ki, burdayıq qorxma dayağıq mənasında. Nazlı yaş süzülən gözləriylə baxdı anasına, anası hiss etmişdi tək Nazlıyla Aylın deyildi, başqa gələnlərdə vardı.

Anası sakit səslə – Nicata: oğlum Aylından başqa gələnlərə adımdan de ki, mən küs deyiləm kimsəyə. Mən oları görməsəmdə olar məni gördülər, artıq gedə bilərlər. Nazlı anasının sözündən hönkürüb ağladı, Dilqəm arxadan bərk – bərk tutmuşdu Nazlını çiyinlərindən. Aylın dərindən nəfəs alıb, qabağa keçib Afətin dizlərinin yanında yerdən oturdu, Afət Aylını hiss edib, əliylə üzünə – başına sığal çəkdi. Aylının arvadın əlini tutub öpüb baxdı, – Aylına: qızlar belədirər, böyüyüb yaşa çatdılar quş kimi uçarlar başqa evə qonarlar, və başqa bir evdə yuva qurub yaşamağa davam edərlər. Həyatın qanunudur bu, hər anada evladının xöşbəxtlityini diləyər Allahından. Baxmayaraq qaçaraq evini – anasını tərk etsələrdə, ana ürəyi başqadır, bunu ancaq ana olduğunda biləcək mənim qızımda. Sən ana oldun qızım, Aylının əlini sıxdı, məni ondan daha çox sən anlayarsan indi. Aylının gözlərindən yaş süzülürdü, Nazlının özünü artıq baxışlarıylada qısqanması ürəyini çox sıxırdı.

Правообладателям