Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 71

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

71 страница из 127

Ramizdə gəldi Aylının yanına qucağında uşaqla, -Aylına: yaxşısanmı sən? Nicat tez su töküb içirtdi bir qurtum. Aylın titrəyirdi, üşüyürdü, Ramiz tez uşağı Nicata verib, əynindəki pencəyi çıxarıb Aylının çiyinlərinə salıb bükdü, qucaqladı. Ramiz – Aylına: canım sənin rəngində uçmuş yaxşı deyilsən sən, mən indi həkim çağırım. Telefonunu çıxarıb həkim cağırmaq istəyirdi, Aylın qolundan tutdu, başıyla yox çağırma deyə işarə etdi. Nicat qucağında uşaqla Aylının qolundan tutub qaldlrdı, qalx canım gedək biraz yat dincəl, yoruldun sən çox bu arada.

Cansu gəldi, tez uşağı Nicatdan alıb – Aylına: dediklərini aldım gətirdim Aylın xanım. Aylın zorla ayağa qalxıb – Cansuya: çox sağol, oğlumu gözdən qoyma. Cansu – Aylına: narahat olma Aylın xanım, Aylına baxıb üzüldü. Cansu artıq bilridi nələr olduğunu, çox kövrək ürəkli bir qadın idi. Nicat Aylının qolundan tutub apardı otağına, ardıncada Ramiz getdi.

Aylını otağına gətirib yatağına uzandırdı Nicat. Ramizdə Aylının yanına gəlib həyəcanla – Aylına: canım niyə qoymursan həkim çağırım? Aylın yerinə uzanıb, əlini alnına tutub gözlərini yumub dayandı. Məni tək qoyun, Nicat – Ramizə: çıx istirahət etsin çox yorğundur. Ramiz – Nicata: səndənmi soruşacam nə edəcəyimi? Aylın əsəbləşdi – ikisinədə: siz çıxmasanız mən qalxıb gedərəm burdan. Ramiz Nicata tərs – tərs baxıb, gözlərini qıyaraq dişlərini sıxdı. Ramiz – Aylına: sən dincəl canım mən buralardayam, otaqdan çıxdı əsəblə, ardıncada Nicat çıxdı.

Правообладателям