Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 72

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

72 страница из 127

Nicat qapını örtdüyü zaman, Ramiz yaxasından tutub divara qıstadı, – Niccata: mənə bax döşəmə dəsmalı, səninlə işim bitmədi. Bilirsən səni mən şikəst edəcəm görəcəksən, Aylına nəyinki yaxınlaşa biləcəksən, yerindən tərpənə bilməyəcəksən əclaf. Nicat Ramizin biləklərindən tutub, yaxasından əllərini kənar etdi, – Ramizə: unutma sən mənim evimdəsən. Aylının xətrinə toxunmuram sənə, o dediklərini sənin başına gətirərəm tip. Alçaq öz bibisi qızına meyil salan şərəfsiz, sənin mən … … özünü kişimi sanırsan sən? o sənin bacın sayılır. Ama bunu sənin boş başın düşünmə qabilyətinə malik deyil. Ramiz təkrar Nicatın yaxasından bərk – bərk yapışdı, divara dayadı. Bura bax axıllı, o mənə doğma deyil, bunu sox quş beyninə sən, bizim hec biri – birimizə qanımızda çatmır, anladın? bir daha o sözü ağzından duyarsam, dilini kəsərəm. Nicat nifrətlə baxıb – Ramizə: ona görəmi yazığa anan zülümlər vermişdi? doğma olmadığına görəmi evdən qovmuşdu? Ramiz dərindən – dərindən nəfəs alaraq, Nicatın gözlərinə baxdı. Qızı hətta zəhərləmiş duydum, atanda ondan imtina etmiş, sonrada sizdən imtina etmiş və tərk etmiş evinidə. Bravo nə idial bir ailəsinizmiş siz, gərçəkdən brabvo, sənin danışmağa belə yerin yoxdu. Ramiz – Nicata: sənin ailənmi idial olmuş? atan səni doğulduğunda doğum evində buraxıb getmiş, mənim ki məni heç olmassa böyütmüş atalıq haqqı var üstümdə. Sənin ki heç sənə ata dedirtməmiş, düzdə etmiş, sənin kimi tip böyüyəcəyini hiss etmiş. Sən ananın qatilisən qatıli, Nicta bu söz elə təsir etdi ki, dünyası məhv oldu sanki. Anan səni doğarkən ölmüş, günahını ödəməkçün indi atanı baxırsan gedib, atanda qarşısındakının doğmaca oğlu olduğunu bilmir, bravo çox idialsiniz sizdə. Nicat duymurdu Ramizin dediklərini artıq, ürəyi sıxıldı, heç Ramizin əllərinidə özündən qırağa çəkmədi. Ramiz nifrətlə baxırdı – Nicata: başqalarının ailəsini qurdalayıb çöp axtarma, öz gözündəki kötüyü gör. Nicat birdən özündən gedərək yıxıldı Ramizin qucaqına. Ramiz Nicatı tutsada, anlamadı özündən keçindiyini, – Nicata: nə edirsən sən? Nicatı sirkələdi, yerə uzandırdı. Nicatın gözləri yumulmuşdu, Ramiz Nicata baxdı biraz vaxt yumuruğunu sıxaraq. Aylının çıxıb görəcəyindən çəkinib, Nicatın çiyinlərindən tutub başqa otağa apardı sürüyüb.

Правообладателям