Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 89

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

89 страница из 127

Nazlıyla Cansu biri – birilərinə baxdılar. Nazlı gəlib uşağı Cansuya verdib – anasına: ana kimləri deyirsən? – Nazlıya: NiCatla Ramiz deyirəm qızım. Nazlı – anasına: Ramizi günahlandırır hər kəs, ancaq Nicat qardaşımda heç düz etmir. Anası görməyən gözlərini qırpmadan, qızının dediyi sözlərə şüphə ilə baxdı. Anası – qızına: qızım anlamadım, nə deməkdi bu? – anasına: ana Aylını Ramiz qorumuş indiyə qədər, tək qoymamış. Bax hətta hər şeyini buraxıb, ardınca bura gəlmiş doğma şəhərindən. Nicat indi Aylını ondan almış, özünə yar etmiş, bu səncə düzdürmü? Ramiz sevir Aylını, bunu hər kəs bilir. Aylında bunu bilə – bilə Nicata göz qoymuş. Cansu Nazlının belə deməsindən xoşlanmadı, anasıda Cansu qədər qızının dediyi sözdən xoşlanmadı. Anası – qızına: qızım sən nə danışırsan? Aylın Nicatla iş ortağıdır, dost – sirdaş sayılırlar. Aylın bir mələkdir hər kəsçün, candır – sirdaşdır, səhv anlamayın siz onu. Aylın elə insan deyil ki, kiməsə başqa gözlə baxsın. Hə qardaşın Nicat sevir Aylını, bunu məndə bilirəm, ancaq qərar Aylınındır unutmayın. Hər qadın, yüksəkdə olan sevgiyə – hörmətə layiqdir bu həyatda.

Правообладателям