Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
87 страница из 127
Aylın dodağını dişləyib baxdı olara, az vaxtdan arxadan polis maşınları gəlib yetişdilər. Ramizlə Nicata maşınlarını saxlamalarını bildirdilər. Polislər – olara: saxlamasanız atəş açacağıq, maşınların nömrələrini deyərək bir daha bildirdilər. Ramiz maşını sağa çəkib saxladı. Nicatda ondan biraz qabaqda saxladı. Polislər tez maşınlardan töklüşərək, gəlib kisinidə maşınlarından çıxarıb, qollarını arxalarına buraraq, qollarına kələbçələri keçiridilər.
Aylın taxsi – şoferinə: saxlayın burda, – Aylına: dediyiniz ünvana yetişmədik xanım. Aylın – şoferə: mən pulunuzu ödəyirəm narahat olmayın, burda enəcəm. Şofer – Aylına: baş üstə xanım, maşını çəkdi qarşıda sağa. Aylın pulu verib – şoferə: üstü qalsın, maşından endi tez, taxsi getdi.
Aylın gəlib yaxınlaşdı polislərə, Nicatla Ramizi polis maşınlarına otuzdurdular. Aylın yaxınlaşıb – polisə: hansı şövbəyə aparırsınız bunları? polis – Aylına: xanım siz yaxınları deyilsinizsə məlumat verə bilmərəm. Aylının baxışlarından anladı, – Aylına: siz bunları tanıyırsınızmı? Aylın xəcalət çəkərək – polisə: bəli tanıyıram. Polis – Aylına: … şövbəsinə götürürük indi oları. Aylın əlini üzünə çəkib baxdı, Nicatla Ramizi aparan maşınlara. Ramiz Aylına dodaqlarıyala öpüçük göndərdi, gülümsəyərək. Aylın başını narazılıqla sirkələyərək baxdı. Nicat Aylına işarə etdi ki, narahat olmasın getsin evə. Aylın dərindən nəfəs alıb, qollarını biri – birinə dolayıb baxdı ikisinində ardlarınca əsəbi.