Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
92 страница из 127
Aylınla Nicat gəldilər evə, Cansu uşaqla gəlib kecmiş olsun Nicat bəy. Nicat – Cansuya: sağol Cansu, təşəkkür etdi. Aylın oğlunu götürüb öpüb oxşadı, aslan oğlum mənimm. Nicatda Sərdarın başını sığallayıb, – Cansuya: xalam bilirmi olanları?
Aylın – Nicata: bilir Nicat bəy, mən dedim xalana və indi isə keç özün anlat, necə anladacaqsansa yolda etdiklərinizi. Nicat keçdi xalasının yanına, Aylında Cansu ilə getdilər ardınca.
Xalası eşitmişdi səslərindən gəldiklərini, – Nicata: gəl oğlum, gəl anlat nədir sizin dərdiniz bu qədər üzürsünüz Aylını. Nazlıda gəlib Nicatı qucaqlayıb -Nicata: kecmiş olsun, bir xəta olmamış çox şükür. Ramizlə danışdım indi, Nicat Nazlıya baxdı, bir söz demədi. Xalasını qucaqlayıb, əlindən öpdü yanında əyləşdi. Xalası əliylə Nicatın üzünü axtardı, xalasının əlini üzünə tutdu. Üzünü – saçlarını sığallayıb kövrəldi, – Nicata: oğlum sən mənə bacımdan qalan tək yadiğarsan, bilirsən. Sən düşünmədinmi? sənə bir şey olsa mənim ürəyim dözməz ölərəm, gözlərindən yaş süzüdü. Nicat xalasının əlindən öpüb, üzünə tutdub – xalasına: heç nə olmadı, narahat olma xalacan. Başını xalasının dizlərinə qoydu uşaq kimi.