Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
84 страница из 127
Aylınla Nicatda işdən çıxırdılar, maşına tərəf gəldilər. Nicatın üzünün ifadəsi dəyişdi, kimisə gördü. Aylın Nicatın baxdığı tərəfə dönüb baxarkən, Ramiz gəlib Aylını qucaqlayıb öpdü üzündən. Ramiz – Aylına: salam canım necəsən? necə keçdi iş günün? Ramizdən uzun bir zamandan sonra belə sözləri eşitməsinə, Aylın təcübləndi. Salam, pis keçmədi narazılığım yoxdur, sizin işiniz – gününüz necə keçdi? Nicat nifrətlə Ramizə baxırdı. Ramiz Nicata acığa Aylının üzünə sığal çəkdi. Ramiz – Aylına: sağol canım işdi həmişəki, ancaq mənim bir narazılığım var işimdən. Aylın Ramizə baxdı. Ramiz – Aylına: sən yoxsan yanımda işdə, o üzdən. Aylın – Ramizə: insan elə bir məxluqdur bu dünyada yaratılmış, vaxtla – zamanla hər şeyə alışır məcburən. Səndə alışacaqsan zamanla birdənəm. Ramiz Aylının sözünə gülümsədi, – Aylına: alışmaq istəmərəm bir ömür yaşasamda sənsizliyə.
Nicat – Ramizə: camaat sənin kimi bekar deyil, bütün günü çalışmış. Mənasız suallarınla yorma adamı. Ramiz – Nicata: vayy, səndə burdasanmışmı? heç fikir verməmişdim sənə. Aylın dərindən nəfəs alıb baxdı kənara, bilirdi Ramiz dava axtarırdı. Nicat – Aylına: canım sən keç əyləş maşına yorğunsan, gedək. Ramiz – Aylına: sən mənimlə gedəcəksən canım. Aylın Ramizə nə isə demək istəyirdi, Nicat – Ramizə: dedim sənə yorğunuq, zəhlə tökmə get burdan. Aylın səninlə bir addımınıda atmayacaq heç yerə, duydunmu manyak?