Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
85 страница из 127
Ramiz Nicata bir addım yaxınlaşdı. Sənmi icazə verməyəcəksən? Nicatda Ramizə yaxınlaşıb gözlərinin içinə baxdı nifrətlə. Nicat – Ramizə: Aylın sənin axlında olan kimi biri deyil, onun özünün düşünmə qabilyəti, sənin düşünmə qabilyətindən çox – çox üstündür. Sən hər kəsi özünün quş beyini ilə bir tutma. Ramiz – Nicata: əlimdə qalmışdın o gün gecə, çox peşmanam səni boğub gəbərtmədiyimçün. İndi qarşımda durub dil uzatmazdın, elə deyilmi? Aylın baxdı Nicat şüphəylə. Nicat – Ramizə: niyə boğmadın? sən mən özümdə olmadığımda belə, məndən it kimi qorxursan boynuna al. Sənin hünərin deyil elə işləri etmək, edən oğlan soruşub etmir, cırrama qarşımda. Bilirsən sənin payını keçən dəfə necə verdim, qaşınırsansa yenə sənə yüngül vari əl hərləyərəm dəymərəm xətrinə.
Aylın Ramizi qırağa çəkdi qolundan tutub. Bəsdirin, nə edirsiniz siz? burası iş yerinin həyətidir, millət keçir burdan. Ramiz bəsdir dava axtarma yetər, bir dəfə sordun halımı insan kimi sevindim, bir dəqiqə keçmədi icinə… qoydun. Ramiz özünün qolundan tutmuş Aylının əlinə baxdı. Aylın Ramizin qolundan əlini çəkdi. Ramiz – Aylına: canım nə etdim ki? hər dəfə məni danlayırsan dinləmədən, ağzımı açmağa imkan vermədi tip. Nazlıya hədiyyə almaq istəyirdim, gəldim səndən xayiş edim, gedək yardım et hədiyyə seçməyimə. Mən hər gedəcəyimiz yeri bu tipin qarşısında deməyə borcluyammı? Aylın Nicata baxdı. Nicat baxışlarıyla işarə etdi ki, razı olmasın. Aylın – Ramizə: gərçəkdən hədiyyəmi alacaqdın? – Aylına: hə fikrimdə var. Aylın – Nicata: baxsana fikirləriniz necə üst – üstə düşdü bir – birinizi sevməsənizdə. Bizdə Nicatla Afət Anama bir hədiyyə almağa gedəcəkdik. Aylın Nicata işarə etdi ki, təsdiqləsin sözünü. Nicat Ramizə elə əsəbi idi ki, çarəsiz Aylının dediyi ilə razılaşdı. Nicat – Aylına: canım mən düşünməmişdim heç, gözümün ağı – qarası olan bu başdan xarabla birlikdə gedəcəyik deyə. Aylın – Ramizə: birlikdə gedəyin seçəyin, Ramizlə Nicat biri – birilərinə nifrətlə baxdılar. İkisidə birdən – Aylına: keç əyləş canım maşına. Ramiz Nicata tərs – tərs baxdı. Aylını gülmək tutdu, özünü zorla saxladı. Aylın – olara: sizin təkcə fikirləriniz deyil, sözlərinizdə ağzınızdan eyni çıxır baxsanız. Aylın taxsiyə əl edib çağırdı. Niçatla Ramiz Aylana baxdılar təcüblə. Aylın – olara: … mağazasında görüşərik, getdi taxsiyə əyləşdib. Ramizlə Nicat biri – birinə əsəbi baxaraq, öz maşınlarına oturub taxsinin ardınca getdilər.