Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 93

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

93 страница из 127

Aylının qucağından götürdü uşağı Cansu, Aylın xanım gedin duş alın, yorğunluğunuz çıxsın. Aylın getmək istəyirdi, Nazlı dilləndi – anasına: niyə soruşmursan anacan, bütün bu olanların səbəbkarı kimdir? Aylın baxdı Nazlıaya üzgün baxışlarla. Nazlıda Aylına baxdı soyuq – kinli baxışlarla. Cansu Nazlının dediyi bu sözdən pis oldu, baxdı Aylına üzgün baxışlarla. Nicatın başında havada əli qaldı anasının, qızının bu sözünü duyduğunda. Nicatda başını qaldırıb baxdı, Nazlıya tərs – tərs. Nazlı susmadı, – Nicata: mənmi deyim qardaşım səbəbini?

Aylın Nazlıya yaxınlaşdı baxdı ki, anasını üzməsin səhv düşüncələrini dilinə gətirərək. Nazlıda Aylına baxdı, hər kəs bir anlıq susaraq gözlədilər, nə deyəcək Nazlı. Aylın – Nazlıya: əgər bir daha dilindən tərs bir söz duyarsam bacım, ağzının üstündən gələrəm şilləni, duydunmu?

Aylının bu cəsarətli, sözü, hər kəsin ürəyinə yağ kimi yaxıldı. Mən duş sonra qəbul edərəm, indi isə hər kəs masa arxasında, böyüyümüzün yanına əyləşsin. Axşam yeməyimizi yeyib, üstümüzdə sevgisi – əziyyəti olan tək anamızın hal – xəbərini alıb, ürəyini şad edəyin, tamammı? Nazlı Aylından çəkindi. Başını aşağı salıb getmək istəyirdi, Aylın əsəbləşdi – Nazlıya: Nazlı masa arxasına, ananın – qardaşının yanına dedim. Nazlı Aylına tərs – tərs baxıb, keçib əyləşdi masa arxasına sakitcə. Hər kəsin ürəyincə oldu, Nazlını tərbiyələndirməsi Aylının. Aylın uşağı Cansudan alıb, – uşağa: sən nənəylə qal, biz Cansu xalanla yeməyi gətirək. Uşağı verəcəyini eşidib, Afət əllərini açıb – uşağa: gəl mənim şirin balam, gəl nənəyə. Aylın uşağı gətirib Afətin qucağına otuzdurdu. Nicat Aylına baxıdı razı baxışlarla. Aylın Cansuyla getdi mətbəxtdə.

Правообладателям