Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 95

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

95 страница из 127

Ramiz otağına gəlib yatağına uzandı, telefonunu çıxarıb Aylının nömrəsininə mesaj yazıb yolladı.


Xalasıyla Nicat oturmuşdular, Aylın duş qəbul etməyə getmişdi, telefonu masanın üstündə idi. Telefonuna mesaj gəldi, Nicat elə bil hiss etdi Ramizdən olduğu, birdə mesaj gəldi telefona. Nicat telefonu götürüb, baxdı gələn mesaja. Ramiz yazmışdı – Aylına: (canım nə edirsən? bağışla səni qorxuzduğumçün, oğlum yatıbmı? mən səni sevirəm canım, darıxıram sənsiz. Bütün etdiklərim sənə olan sevgimdəndir, incimə məndən nə olar, cavabını gözləyirəm). Nicat cavab yazdı – Ramizə: (Aylın duş alır bir azdan gələcək yanıma, mən onun yanındaykən sən cavab gözləmə Aylından. Soskanı qoy ağzına yat, uşaqların saatı çoxdan keçib gecdir, qorxursansa işığı söndürmə. Gözünün önünə mən gəlirəm yuxun qaçır bilirəm, qarşıma çıxmasan rahat yatacaqcan, çalış gözümə görünmə). Nicat göndərdi mesajı, telefonu masaya qoydu. Xalası – Nicata: oğlum yardım et gedim məndə otağıma. Nicat tez qalxıb, xalasının qolundan tutub apardı otağına.

Правообладателям