Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 98

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

98 страница из 127

Ramiz cibindən çıxarıb Nazlıya aldığı hədiyyəni taxdı biləyinə, bilrəzik almışdı qızıl. Ramiz – Nazlıya: bunu sənə aldım, Nazlı baxıb sevindi, ayy cox gözəldir sağol. Sən gözəl ürəkli qardaşımsan, yadiğar saxlayacam hədiyyəni, Ramiz Nazlını qucaqlayıb bağrına basdı. Ramiz -Nazlıya: mənim sizdən başqa kimsəm yoxdur, canım qurbandır sizlərə. Nazlı Ramizin Aylınçün üzgün olduğunu anlayırdı, Ramizin üzünə baxdı. Nazlı – Ramizə: səni qırmalarının – üzmələrinin tərəfdarı deyiləm, inan mən sənin tərəfindəyəm bunu bil. Ramiz baxdı gülümsəyib, – Nazlıya: çox sağol canımın – canı, sən məni düşünmə özünə yaxşı bax. İlaclarını qəbul edirsənmi vaxtında? Nazlı başıyla hə deyə işarə etdi. Ramizin bu halına çox üzülürdü, danışsa ağlayacaqdı gözləri yaşardı. Ramiz Nazlının gözlərini sildi əliylə – Nazlıya: mən yenə gələcəm yanına. Dilqəmin salamı vardı sənə, darıxır səninçün. Nazlı – Ramizə: məni tezliklə işə götür nə olar. Ramiz Nazlının üzünə baxdı diqqətlə – Nazlıya: səni incidənmi var burda? de mənə nə oldu? Nazlı yaşarmış gözlərini silib – Ramizə: Aylın məni acılayır hər kəsin qarşısında.

Правообладателям