Читать книгу Acı həyat. Roman онлайн
33 страница из 89
Səlim otağında oyana – buyana gəzib düşünürdü, arada əsəbləşirdi düşündükcə. İçəri Dəniz girdi qapını döyüb, – qardaşına: Uğuru aradım, dedi Mələyin harda olduğunu bilmir. Səlim biraz düşünüb, – Dənizə: o bilir hardadır, ancaq demir gizlədir məndən. Dəniz dərindən nəfəs alıb —qardaşına: Səlim, Səlim baxdı bacısına. Babam gəlmiş, atamla söhbət edirlər aşağıda. Səlim biraz şaşqın, – Dənizə: babammı gəlmiş? tez çıxdı getdi otaqdan. Dəniz keçib qardaşının yerində əyləşib, öz – özünə: bəlkə əlindən yazıq qızı qurtara bilər babam. Artıq çarəm qalmadı bura onu çağırmaqdan başqa. Telefonunu çıxarıb zəng etdi. Alo Uğur babam gəldi bizə, sən hələ bacardıqca Mələyi gözdən qoyma. Səlim onu axtarır hər yerdə, biraz qulaq asıb, tamam. Kefsiz telefonu söndürüb, qalxıb çıxdı otaqdan.
Sələm babasıyla qucaqlaşıb görüşdülər, babasını görüb uşaq kimi sevinmişdi. Zarafatla – babasına: Murad bəydə bizləri yad edərmiş. Babası gülərək – Səlimə: itimin sənə salamı vardı, güldü qəh – qəhə cəkib. Dənizdə gəldi əyləşdilər. Dəniz babasına qısılıb oturdu. Səlim – babasına: amandı qalsın istəmirəm itinin salamını. Dəniz uşaq kimi babasının qardaşını incitməsinə baxıb gülümsədi. Atası – oğluna: atamın itləri mənidə sevmirlər. Babası – atasına: nədəndir səbəbi Paşa? çünki gəlib – getmirsiz. Məncədə o üzdəndir, elə deyilmi? bura gələni unutdun kəndin yolunuda. Mənim itlərim bir tək Mələk qızımı sevirlər, elə deyilmi Səlim? baxdı. Babasının bu sözündən Səlim anladı, babası nə ücün gəlmişdi. Atasının yanında açıb ağartmaq istəmədi. Səlim – babasına: itinin salamını o zaman Mələk qızına çatdırarsan babacan. Atası qəhvəsini götürüb, – olara: Mələk kimdir? babası —oğluna: kəndimizin qızıdır Mələk. Bura qonaq gəlmişdi rəfiqəsinə, Səlimə baxdı ki, hər şeydən xəbərdaram anlamında. Səlim – atasına: heç tanımasan yaxşıdır ata, vəhşi mərəfətsizin birisidir. Babası əsəbləşdi – Səlimə: məncə bəziləri olmayan mərəfətlərini Mələkdən öyrənsələr daha yaxşı olar. Atası şüphəli baxışlarla baxdı. Sən o qızı tanıyırsanmı oğlum? Səlim nə isə demək istəyirdi, babası – oğluna: tanımazmı? həmdə necə. Dəniz xayiş edici baxışlarla baxdı babasına ki, atasının yanında deməsin olanları. Babası Səlimə əsəbi olsada bildirmədi, nəvəsinin saçlarından öpüb gülümsədi. Babası – Dənizə: gözəl nəvəm mənim. Dənizdə qardaşına baxdı ki, atasının yanında bildirməsin. Səlim əsəblə kənara baxdı.