Читать книгу Acı həyat. Roman онлайн
34 страница из 89
Uğur duş qəbul edib gəlib əyləşdi. Mələk çayları gətirdi əyləşdi, – Uğura: həmişə təmizlikdə dostum. Uğur gülümsəyib, – Mələyə: təşəkkürlər dostum, Dəniz aradı. Mələk baxmadan – Uğura: başdan xarab qardaşı onada rahatlıq vermir yəqin evdə. Çoxdan sual atəşinə tutmuşdur qızıda. Uğur – Mələyə: sanki Səlimi bizdən yaxşı tanıyırsan, tam onun pis xasyətlərini hiss edirsən. Babası gəlmiş biraz öncə, onu deməyə aradı. Mələk birdən elə baxdı ki, – Uğura: Murad dayımı gəlmiş? Uğur çayını götürüb, hə o gəlmiş. Mələyə xəcalət oldu, of Dəniz nə edirsən sən? yaşlı – başlı adama niyə deyirsən axı. Mən özüm həll edəcəkdim. Uğur başını narazılıqla sirkələyib – Mələyə: səhvin var dostum. Sən və mən həl edərdik, ancaq Səlim qan çıxmasa rahatlaşan deyil. Mələk əsəblə, – Uğura: problem deyil qan çıxarmaq. İnan birdə gələrəm boş başına, yaramaz eşşək rahat olar. Uğur birdən xatırladı güldü Mələyin sözünə. Dostum sənin qan çıxarmana heç şüphəm yoxdur. Ancaq söhbət Səlimdən gedir unutmayaq. Mələk çayını götürüb – Uğura: çox qorxurdum sizin Səliminizdən. Uğur Mələyin uşaq kimi deyinməsinə baxıb gülümsədi. Mələk artıq söz demədi.